Giorqos Merkis (; ) — Kipr futbolçusu, futbol üzrə Kipr çempionatında çıxış edən "APOEL" FK-nın və Kipr milli futbol komandasının müdafiəçisi.

Karyera

Apollon Limassol Merkis "Apollon Limassol" akademiyasının yetirməsidir. O, 2001/2002 mövsümündə, 17 yaşında debüt etmişdir. Karyerasının böyük əksəriyyətini "Apollon"da keçirmiş və burada bir çempionluq, iki kubok və bir super kubok qazanmışdır. Klubda on beş il çıxış etdikdən sonra onun müqaviləsi 12 yanvar 2016-cı ildə qarşılıqlı olaraq ləğv edilmişdir.

APOEL Merkis 12 yanvar 2016-cı ildə başqa bir Kipr klubu olan "APOEL" ilə 18 aylıq müqavilə imzalamışdır. O, 17 yanvar 2016-cı ildə "Enosis Neon Paralimni" ilə ev oyununda rəsmi debüt etmişdir. Oyun 3:0 hesablı qəbələ ilə başa çatmışdır. O, "APOEL"də ilk qolunu 2 aprel 2016-cı ildə keçmiş komandası "Apollon Limassol"a qarşı vurmuşdur. Merkis klubun heyətinə qoşulduqdan bir neçə ay sonra komandası ardıcıl dördüncü dəfə Kipr çempionu olmuşdur.

İstinadlar

Xarici keçidlər APOEL official profile

Merkis Merkis Merkis Merkis