Tehran () – İranın paytaxtı. Sahəsi 1.500 km², əhalisinin sayı 2006-cı ildə aparılmış rəsmi siyahıya almanın nəticələrinə əsasən 7.088.287 nəfərdir. thumb|right|alt=iran, Tehran|İran, Tehran

Tehranı ilkin olaraq, Qacar sülaləsinin ilk nümayəndəsi Ağa Məhəmməd şah Qacar İran üçün paytaxt seçmişdir. Onun sonuncu paytaxt tarixi 1796-cı ildən başlayır. Buna kimi ölkənin paytaxtı İsfahan, sonra Qəzvin, Şiraz və Həmədan olmuşdur.

Tehranın tarixi

Tehran bazarı

Coğrafiya Tehran İranın paytaxtı olub ölkənin şimal-mərkəzi hissəsində, Cənubi Alborz dağ silsiləsinin cənub ətəklərində yerləşir. Şəhərin şimalı 1700–1800 metr yüksəklikdə yerləşdiyi halda, cənub bölgələri 1050–1200 metr arası enir və bu yüksəklik fərqi şəhərin iqlim xüsusiyyətlərinə birbaşa təsir göstərir. Tehran ərazi baxımından şimaldan dağlarla, cənubdan isə yarımsəhra düzənlikləri ilə əhatələnir. Şəhər 51°17′ şərq uzunluğu və 35°41′ şimal enliyi koordinatlarında yerləşir və seysmik cəhətdən fəal zonada olduğuna görə müxtəlif tektonik qırılma xətləri ilə yaxın əlaqədədir.

Tehranın məhəllələri Topxana Baharıstan Süpəhsalar Çalameydan Səngələc Vanak Şəmiran Nəzam abad Seoul Azadi Afriqa Darband Ənqelab Niyavaran Ararat Hasan abad Narmak Laşgar

İstinadlar

Xarici keçidlər

Oriental Encyclopaedia – Looklex : Tehran city

Həmçinin bax Xatəm əl-Ənbiya Hava Hücumundan Müdafiə Universiteti

Kateqoriya:İran ostanlarının mərkəzləri Kateqoriya:Asiya dövlətlərinin paytaxtları Kateqoriya:Tehran ostanının şəhərləri Kateqoriya:İpək yolundakı şəhərlər