Pərvanə Xalid qızı İsmayılova (doğ. 06 fevral 1981, Qax, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, qadınlar arasında FİDE ustası (1993). 12-14 yaş qızlar arasında SSRİ çempionu (1991). 10 yaş qızlar arasında dünya çempionu (1992). 12 yaş qızlar arasında Avropa çempionu (rapid). Azərbaycanın qadın şahmatçıları klassik şahmat üzrə Avropa çempionatında iştirak edəcəklər 1992-ci ildən etibarən 10,12,14,16 və yuxarı yaş qızlar arasında respublika çempionu. 1992-ci ildə 10 yaşlı qızlar arasında SSRİ və dünya çempionluğunu qazanıb. 1994-cü ildə Avropa birinciliyinin çempionu.Bu müsahibə sizi mat edə bilər//Pərvanə İsmayılova: "Udduğum erməni atama təşəkkür etdi"
Həyatı 1988 - ci ildə Qax şəhərindəki 2 saylı orta məktəbin 1- ci sinifinə daxil olmuş və müəyyən qədər xaricdə (Türkiyədə) təhsil aldıqdan sonra 1997- ci ildə Qax şəhər 1 saylı orta məktəbdən məzun olmuşdur.
2011- ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub 2016- cı ildə akademiyanın şahmat fakultəsini bitirmişdir.
Nailiyyətləri 1991 - Ukrayna-Kerç:12-14 yaş qızlar SSSR çempionatı 1-ci yer. 1992 - Almaniya, Duisbur: 10 yaş qızlar arasında Dünya çempionu. 1992-ci ildən etibarən 10,12,14,16, və yaş qızlar arasında Respublika çempionu. 1993 - Fransa,Paris: 12 yaş qızlar Avropa çempionatı, 2-ci yer.(Rapid) 1993 - Macarıstan, Sombathey: 12 yaş qızlar arasında Avropa çempionatı, 2-ci yer. 1993 - Slovakiya, Bratislava:12 yaş qızlar arasında Dünya çempionatı, 3-cü yer. 1993- Beynəlxalq Şahmat Federasiyasının usta adı: FİDE ustası. 1994 - Rumuniya, Bayle-Herkulane: Avropa çempionatı, 2-ci yer. 1994 - Fransa, Paris: 12 yaş qızlar arasında Avropa çempionu.(Rapid) 1994 - Rusiya,Sankt-Peterburq: Qadınlar arasında beynəlxalq turnirin qalibi. 1995 - Braziliya, Son-Larenso: 14 yaş qızlar arasında Dünya çempionatı, 3 - cü yer. 1996 - Slovakia, Rimovska-Sobata: 14 yaş qızlar arasında Avropa çempionatı, 2- ci yer. 1997 - Türkiyə,İzmir: 16 yaş oğlanlar arasında Türkiyə çempionatı, 1- ci yer. 1997-1998- Türkiyə,İstanbul,(Büyükada) Kişilər arasında beynəlxalq şahmat festivalı, 1-ci yer. 1997 - Türkiyə,İstanbul: C.H.P.təşkil etdiyi Kişilər arasında İstanbul çempionatı. 1 - ci yer. 2000-ci il 18 yaşlı qızlar arasında ölkə 2-ci yer. 2001-ci il ,Qadınlar arasında Respublika çempionatı, 2-3 yer. 2001 ci il 20 yaş qızlar arasında Respublika çempionu. 2001 - İran,Tehran. 3 - cü dünya İslam Qadınları Olimpiadası: 2-ci yer. 2014 - Naxçıvan Muxtar Respublikası: Kişilər arasında beynəlxalq şahmat festivalı. 2 - ci yer.
İstinadlar
Kateqoriya:Qaxda doğulanlar Kateqoriya:Azərbaycanın qadın şahmatçıları