Səltənət Məhəmməd bəy qızı Quliyeva (Məmmədbəyova) () — vokalçı (lirik soprano), aktrisa, Azərbaycan SSR əməkdar artisti (1943).
Həyatı Səltənət Quliyeva 1907-ci ildə Bakıda anadan olub. Qızlıq soyadı Məmmədbəyovadır. Oxumağa kiçik yaşlarında başlayan S.Quliyeva onu dinləyən Üzeyir Hacıbəyov tərəfindən Azərbaycan Dövlət Radiosuna dəvət edilib. O, dörd ildən artıq müddətdə burada solist-müğənni olaraq fəaliyyət göstərib. Bəstəkarın tövsiyəsi ilə 1930–1935-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının vokal sinfində təhsil alıb. 1937–1948-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.
1938-ci ildə Musiqili Komediya teatrı müstəqil fəaliyyətə başlayan zaman Səltənət Quliyeva biir ilə yaxın truppaya kömək edib. O, bu teatrda Gülçöhrə ("Arşın mal alan", Üzeyir Hacıbəyov) rolunu oynayıb. Sənətçi Azərbaycan bəstəkarlarının operetta və operalarında, həm də dünya klassiklərinin əsərlərində səs qurumuna, bədii-psixoloji səciyyələrinə görə müxtəlif xarakterli obrazların partiyalarını oxuyub. O, 1979-cu ildə Bakıda vəfat edib.
Mükafatları "Şərəf nişanı" ordeni — 17 aprel 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943
İfa etdiyi əsas partiyalar Partiya Müəllif Rol Koroğlu Üzeyir Hacıbəyov Asya, Nigar Arşın mal alan Üzeyir Hacıbəyov Gülçöhrə Şah İsmayıl Müslüm Maqomayev Naznaz, Gülzar Nərgiz Müslüm Maqomayev Nərgiz, Ənbər Vətən Qara Qarayev, Cövdət Hacıyev Dilbər Azad Cahangir Cahangirov Hürü xala Sevil Fikrət Əmirov Gülüş Şahsənəm Reynqold Qliyer Ənbər
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:Azərbaycan aktrisaları