Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi — yerin təkindən istifadə növləri üzrə fəaliyyətin tənzimlənməsini, habelə yer təkinin istifadəsində və mühafizəsində qanunvericiliyə, müəyyən edilmiş standartlara və tələblərə əməl olunmasına nəzarəti həyata keçirən, yerin təkindən istifadə ilə bağlı müsabiqə və hərracların keçirilməsini təşkil edən, bu sahədə xidmətlər göstərən publik hüquqi şəxsdir.

Haqqında Agentlik Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

Agentliyin fəaliyyətinin məqsədi yerin təkindən səmərəli, təhlükəsiz və aşkarlıq şəraitində istifadəni təmin etmək, mineral xammal bazasını genişləndirmək və möhkəmləndirməkdir.

Agentliyin fəaliyyət istiqamətləri: yerin təkinin geoloji öyrənilməsinə, istifadəsi və mühafizəsinə nəzarət, mineral xammal ehtiyatlarından səmərəli istifadə edilməsi sahəsində dövlət siyasətinin formalaşmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etmək yerin təkindən istifadə sahəsində tənzimləməni və qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək mineral xammal sahəsinin inkişafını təmin etmək

İstinadlar

Xarici keçidlər Rəsmi sayti

Kateqoriya:Azərbaycanın dövlət təşkilatları Kateqoriya:2018-ci ildə Azərbaycanda yarananlar