– Edo dövrünün Yaponiyasında yaşamış konfutsiçi alim.

Həyatı Sato İssay 1772-ci ildə İvakura hanının yüksək rütbəli xidmətçi ailəsində doğulmuşdur. Sato daymyonun oğlu olan Matsudayra Tayranın müşayiətçisi təyin olunmuşdu. Daha sonra Matsudayra şoqunluğun rəsmi konfutçi alimləri kimi xidmət göstərən Hayaşi ailəsinə övladlıq olaraq verilmiş və Hayaşi Cussay adını götürmüşdür.

Sato 1791-ci ildə Osakaya gedərək Nakay Çikuzanla, daha sonra isə Kiotoya gedərək Minaqava Kienlə təhsil almışdır. 1793-cü ildə Edo şəhərinə gedərək Cussay ilə birlikdə oxumuşdur. 1805-ci ildə şoqunluğun konfutsiçi məktəbi olan və Cussayın başçılıq etdiyi Şoheykonun baş müəllimi təyin edilmişdir. Cussayın 1841-ci ildəki ölümündən sonra Sato məktəbin professoru vəzifəsinə yüksəlmiş və tez-tez şoqunluğa məsləhətlər vermək üçün çağırılmışdır.

Satonun 3000-ə yaxın tələbəsi olmuşdur. Onların arasında bir neçə daymyo və Ohaşi Totsuan, Sakuma Şozan və Vatanabe Kazan kimi alimlər olmuşdur. Şoqunluğun rəsmi alimi olduğu üçün konfutsiçiliyin Çju Si məktəbini tədris etməyə məcbur edilmişdir, lakin amma o, daha intuitiv olan Van Yanmin məktəbinə meyil etmişdir. Əsərləri içərisində ən tanınmışı alimliyindən və həyatından bəhs edən esselər topusu olan "Qenşi şiroku" əsəridir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Edo dövrü şəxsləri Kateqoriya:Yaponiya konfusiçiləri