Həyat nə qəribəsən — 2022-ci ildə çəkilmiş Azərbaycan Film Akademiyası filmi. Bədii obrazın müəllifi Zaur Tahirsoydur. Layihə Azərbaycan Film Akademiyası Postmodern Aktyorluq Məktəbinin tədris proqramı çərçivəsində ərəsəyə gətirilib Baş obrazı Postmodern Aktyorluq Məktəbinin tələbəsi Həyat Məlikova canlandırır. 2021-ci il, iyun ayının 9-u filmin Həyat həkim obrazının qısa görüntüsü sosial şəbəkədə paylaşıldı və obraz fenomen oldu.

Məzmunu Anasının arzularını gerçəkləşdirmək üçün tibb təhsili üçün Türkiyəyə gedən Həyat təhsil ala bilmir amma bunu anasından gizlədir. Təhsil müddətində Türkiyədə yaşayır və ordakı özəl klinikaların birində xadimə kimi çalışır. Bütün tibbi bilgiləri də məhz burda alır. Təhsil müddəti bitdikdən sonra Azərbaycana, kəndlərinə qayıdır. Hər kəs onu həkim olduğu üçün təbrik edir. Həyat da təhsil almadığı deməyə utanır və həkimlik fəaliyyətinə başlayır. Öz metodları ilə müalicə edən Həyat həkimin şöhrəti tez zamanda paytaxta yayılır və özəl klinikaların birinə dəvət alır. Bütün macəraları beləcə başlayır.

Filmin janrı Film Komediya janrındadır.

Yaradıcı heyət Quruluşçu rejissor: Zaur Tahirsoy Ssenari müəllifi: Zaur Tahirsoy Quruluşçu operator: Elvin Mikail Montaj: Azflix Pro Aktyorlarla iş: Azər Ayazoğlu Rejissor asisstenti: Zəhra Tahirsoy

Aktyor heyəti Azərbaycan Film Akademiyası aktyor və aktrisa heyəti: Həyat Məlikova Anar Əli Tamilla Həsənova Həlimə Həsənli Nicat Əkrəm Tural Bünyadzadə Əfifə Əskərova Rauf Muxtarov Tural Rzayev Hüseyn Əhədov Elşən Həşimov Arzu Abdulova Teymur Qasımov

Çəkiliş yerləri • Filmin çəkilişi Azərbaycan Film Akademiyasında aparılıb.

Həmçinin bax

Sayrışan işıqlar Terapiya Otağı

İstinadlar

Xarici keçidlər Rəsmi instagram səhifəsi Rəsmi youtube səhifəsi

Kateqoriya:2022-ci ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanın komediya filmləri