Bərdə FK — Bərdəni təmsil edən Azərbaycan futbol klubu.
İlk dəfə 1981-ci ildə Rüstəm Səfərəliyevin təşəbbüsü ilə yaradılıb.https://www.facebook.com/577442428934971/posts/4197628933582951/
Klub 1992-ci ildə yenidən təsis edilmişdir.
1997-ci ildə isə büdcənin zəifləməsi səbəbi ilə fəaliyyətini dayandırmışdır.
Tarixi 300px|thumbnail|Bərdə stadionu 1978-ci ildə stadionun bünövrəsi qoyulmuşdur. 1980-ci ildə isə artıq "Pambıqçı" klubu yarışlarda iştirak etməyə başladı. 1992-ci ildən isə Azərbaycan çempionatlarında iştirak etməyə başlayan klub, rəqibləri qarşısında əzmkar qələbələrlə ön plana çıxdı.
Hətta Birinci Qarabağ müharibəsi dövründə belə stadiona oyunu seyr etməyə gələnlərin sayı minlərlə olurdu.
Lakin 1997-ci ildə klubda maliyyə problemləri özünü büruzə verməyə başladı. Beləcə klub fəaliyyətini dayandırdı.
1998-ci ilə qədər Premyer Liqada yarışırdı. 1997-ci ildə klubun adı "Qarabağ Bərdə" olaraq dəyişdirildi. 1998 mövsümündə maddi çətinliklər üzündən komanda dağıldı və Premyer Liqanı tərk etdi. thumb|right 2005-ci ildə yeni sponsor əldə edərək klub yenidən fəaliyyətə qayıtdı, lakin artıq "Azərbaycan Birliyi Naminə" və ya qısaca "ABN" adı ilə çıxış etməyə başladı. 2006-cı ildə "ABN" qısaltmasına təmsil etdiyi şəhərin adı olan "Bərdə" sözü yenidən əlavə olundu. Beləliklə, komanda "ABN Bərdə" adlandırıldı.
2007-ci ildə Azərbaycan çempionatının əsas liqası olan güclülər dəstəsində oynayacağı açıqlanıb.
2009-cu ildə “ABN-Bərdə” komandası Azərbaycan çempionatının birinci divizionunda çempion olub. thumb|right|2017-18-ci illərdə istifadə edilmiş loqo 2017-18-ci illərdə klub Bərdə FK adlanıb.
2023-cü ildə klub Bərdə FK adı ilə fəaliyyətini bərpa edib.
Nailiyyətləri Klubun Azərbaycan çempionatının Premyer Liqasında ən yaxşı nəticəsi 1993-cü il mövsümündə A qrupunda 5-ci yer idi. Azərbaycan Kubokunda oynadığı bütün müddət ərzində ən yaxşı nailiyyəti 1/8 finala yüksəlməsi idi.
Emblemi
Klubun emblemi qalxan şəkillidir. Üst hissəsində yaşıl fon rənginin arxasında klubun adına, sol hissəsində mavi fon rənginin üstündə pambıq şəklinə yer verilmişdir. Həmçinin ortasında qırmızı fonda təmsil etdiyi bölgənin adı, sağ hissəsində isə sarı fon rəngi aüstündə futbol topun yer verilmişdir.
Adından bəlli olduğu kimi bərdə rayonunda pambıqçılığa xüsusi önəm verlilir. Klubun emblemində də bambığın yer alması təəccüblü deyil.
Həmçinin klub ad dəyişikliyinə gedən zaman da emblemində böyük bir dəyişiklik görmək mümkün olmadı. Belə ki, dəyişən sadəcə klubun üst hissəində yer alan ad oldu.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Bərdə rayonunun futbol klubları Kateqoriya:1992-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1992-ci ildə yaradılmış futbol klubları Kateqoriya:2010-cu ildə Azərbaycanda ləğv olunanlar