Aleziya () — Fransada qədim şəhər-qala. E.ə. 52-ci ildə Yuli Sezar Aleziyada qalların üsyanını yatırmaqla Qalliyanın işğalını başa çatdırmışdır. 1860-cı ildən aparılan arxeoloji qazıntılar zamanı Sezarın tikdirdiyi bəndlər, qazdırdığı xəndəklər, Roma və qall silahları, müxtəlif sikkə, məbəd xarabalıqları və s. aşkar olunmuşdur. Orta əsrlərdə tənəzzul etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:İtmiş şəhərlər Kateqoriya:Kelt Qalliyası