Zamiq Əsgər oğlu Hüseynov () — azərbaycanlı estrada müğənnisi.
Həyatı Zamiq Hüseynov 12 sentyabr 1983-cü ildə Füzuli şəhərində dünyaya göz açıb. 2001-ci ildə 53 saylı orta məktəbi bitirib. 2001-2004-cü illərdə Asəf Zeynallı adına Musiqi texnikumunun muğam fakültəsində Zabit Nəbizadədən dərs alıb. Eyni zamanda konservatoriyada Teymur Əmrahdan vokal dərslərini mənimsəmişdir.
2003-cü ildə Zamiqin ilk mahnısı olan Dəymərəm qəlbinə mahnısı və klipi işıq üzü görüb. 2005-ci ildə oxuduğu Uçduq adlı mahnısı xalq tərəfindən sevilir. 2006-cı ildə isə Uçduq adlı albomu çıxmışdır. 2008-ci ildə çıxan "Sən necə də gözələsən" mahnısı Azərbaycan çartlarında birinci yerləri tutdu. 2009-cu ildə Sən necə də gözəlsən adlı albomu çıxıb. 2010-cu ildə Yaşıl Teatrda "Sən necə də gözəlsən" adlı ilk konserti baş tutmuşdur. 2010-cu ildə Röya ilə birlikdə Azərbaycanın 15 rayonunda Doğma diyar konsert proqramları ilə çıxış ediblər. 2013-cü ildə klassik bəstəkarlarımızın əsərlərindən ibarət Retro albomu çıxmışdır. 2014-cü ildə Bu şəhəri çox sevirəm adlı üçüncü albomu işıq üzü görüb. Eyni ildə Yaşıl Teatrda Bu şəhəri çox sevirəm adlı solo konserti baş tutmuşdur. 2015-ci ildə Karaoke albomu işıq üzü görmüşdür. 2017-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Nazim Hacıəlibəyovun dirijorluğu ilə simfonik orkestrla solo konsert vermişdir. 2018-ci ildə Naxçıvan şəhərində Heydər Əliyev sarayında "Kaman" adlı konsert proqramı ilə çıxış edib. 2018-ci ildə Heydər Əliyev Sarayında “Ələddin” uşaq müziklində Ələddin personajını canlandırmışdır. 2019-cu ildə Heydər Əliyev Sarayında "Bu gün bizim günümüz" adlı solo konsert vermişdir. Eyni ildə Naxçıvanda Saat meydanında solo konsert proqramı ilə çıxış etmişdir. Zamiq Hüseynov uzun illərdir ki, Heydər Əliyev Fondu tərəfindən yeni il ərəfəsində Buta Palace-da təşkil olunan kimsəsiz uşaqlar üçün konsertdə daimi iştirak edir. O, həmçinin xarici ölkələrdə təşkil olunan dövlət tədbirlərinə müntəzəm şəkildə dəvət olunur.
Diskoqrafiya
Mahnılar
Albomlar Uçduq (2006) Sən necə də gözəlsən (2009) Retro (2013) Bu şəhəri çox sevirəm (2014) ''Karaoke (2015)
Videoqrafiya +SayKlipTarix01Dəymərəm Qəlbinə 200302Uçduq 200603De Neyləyim 200604Mənimlə Qal05Sən Necə Də Gözəlsən 200806Kaş Ki 201007Keçmişim ft. Çingiz Mustafayev 201108Orada Biri Var 201209Qurban Verərdim 201210Gör Nələr Olur 201411Həyat Çətindir 201412Səninlə Yaşayıram 201413Bir Nəfərlik Bilet 201514Vaxtım Bol ft. Nadir Nəğd Pul 201515Yağış 201516Qalib Ol ft. Günay İbrahimli 201617O 201618Həyat 201619O Mənə İnanır 201720Unudaram 201721Yoxdur Cahanda Tayın 201722Qoy Ağlasın ft. Nadir Nəğd Pul, RG 201823Bəyaz Mələyim 201824Varmı 201825Bu Gün Bizim Günümüz 201826Özü Bilər ft. Elşad Xose 201827Моя Награда 201928Var Ol 201929Leyla 202030Duman202031Просто Будь 202032Mən Səni Sevirəm 202033Zəfər Mahnısı ft. Brilliant, Tünzalə, Elçin, Alim, Samir 202134Son Nəfəsimizə Qədər 202135Dedilər ft. Sivva 202136Neylərsən ft. Röya 202137Hep Biri Var 202138Əvəzsizim202139Gözlərində202240İfadə 202241Əfsanə 202342Mənim Atam Qəhrəmandır 202343İcazə Ver 2023
İstinadlar
Xarici keçidlər Facebook səhifəsi Instagram hesabı Youtube kanalı
Kateqoriya:Füzulidə doğulanlar Kateqoriya:Azərbaycanın kişi müğənniləri