Aynur Rzayeva () — Azərbaycanı təmsil edən qadın boksçu.
Karyerası Aynur Rzayeva 2014-cü ilin 31 may-8 iyununda Rumıniyanın Buxarest şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı. Rzayeva 1/4 final mərhələsi çərçivəsində baş tutan görüşdə Macarıstan nümayəndəsi Petra Szatmari ilə üz-üzə gəldi və rəqibinə 0:3 hesabı ilə məğlub oldu.
Daha sonra Aynur Rzayeva 2014-cü ilin 16–24 noyabrında Cənubi Koreyanın Jeju şəhərində baş tutan Dünya Çempionatında çıxış etdi. Rzayeva 1/8 final mərhələsi çərçivəsində baş tutan görüşdə Rusiya nümayəndəsi Zemfira Məhəmmədəliyevaya məğlub oldu (TKO) və mübarizəsini dayandırdı.
Aynur Rzayeva 2016-cı ilin 18–28 mayında Qazaxıstanın Astana şəhərində baş tutan Dünya Çempionatında da mübarizə apardı. Rzayeva 1/8 final mərhələsində Hindistan təmsilçisi Sema Puniaya məğlub oldu (0:3) və turniri medalsız başa vurdu.
Daha sonra Aynur Rzayeva 2016-cı ilin 15–24 noyabrında Bolqarıstanın Sofiya şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. Rzayeva 1/4 final mərhələsində Ukrayna nümayəndəsi İrina Vinniyə qalib gəlsə də (TKO), 1/2 final mərhələsində Rusiya təmsilçisi Zemfira Məhəmmədəliyevaya məğlub oldu (0:3) və Avropa Çempionatının bürünc medalına sahib oldu.
COVID-19 pandemiyasına görə əvvəl 2020-ci ilin martında Birləşmiş Krallıqda, sonra isə 2021-ci ilin iyununda Fransada baş tutan Avropa Olimpiya Təsnifat Turnirində mübarizə aparan Aynur Rzayeva, turnirin 1/8 final mərhələsindəcə Polşa nümayəndəsi Yelizabieta Voyçiya məğlub oldu (0:5) və mübarizəsini dayandırdı.
Aynur Rzayeva 2022-ci ildə Monteneqronun Budva şəhərində baş tutan Avropa Çempionatında çıxış etdi. Rzayeva 1/2 final mərhələsində Moldova nümayəndəsi Darya Kozoreza qalib gəlsə də (4:1), final görüşündə Ukrayna təmsilçisi Mariya Lovçinshaya məğlub oldu (1:4) və Avropa Çempionatının gümüş medalına sahib oldu.
Daha sona Aynur Rzayeva 2023-cü ilin 16-26 martında Hindistanın Yeni Dehli şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı. Rzayeva 1/4 final mərhələsində Yeni Zelandiya nümayəndəsi Seline Li-Loya qalib gəlsə də (5:0), 1/2 final mərhələsində Qazaxıstan təmsilçisi Ləzzət Kunqeybayevaya məğlub oldu (0:5) və Dünya Çempionatının bürünc medalına sahib oldu.
Uğurları SıraİlYarışEv sahibiNəticə12014Avropa Çempionatı RumıniyaPAT2Dünya Çempionatı Cənubi KoreyaPAT32016Dünya Çempionatı QazaxıstanPAT4Avropa Çempionatı Bolqarıstan3.52021Avropa Olimpiya Təsnifat Turniri FransaPAT62022Avropa Çempionatı Monteneqro2.72023Dünya Çempionatı Hindistan3.
İstinadlar
Xarici keçidlər Boxrec.com saytında profili
Kateqoriya:Azərbaycanın qadın boksçuları Kateqoriya:Boks üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Boks üzrə Dünya Çempionatının medalçıları