13 rayon: Ultimatom (fransızca: Banlieue 13 Ultimatum) — rejissor Patrik Alessandrenin çəkdiyi fransız bədii film. 18 fevral 2009-cu ildə Fransada premyerası olmuşdur. Rusiyada — 3 sentyabr 2009-cu ildə baş tutmuşdur.
Süjet xətti İl 2013 — birinci hissədəki hadisələrdən üç il keçir. Hökumət divarları yıxmaq vədini əsla yerinə yetirməmişdir. Əksinə, əlverişsiz şəhərətrafı qəsəbəni paytaxtdan ayıran divar daha da böyüdülmüş, hündürləşdirilmiş və sivilizasiyadan daha çox təcrid olunmuş məhəlləyə çevrilmişdir. Divarın bu tərəfi etnik ərazilərə nəzarət edən beş dəstə tərəfindən idarə olunur. Cinayət ikiqat artmışdır. Hətta uşaqlar da əlinə silah alıb narkotik satırlar. Hökumət "problemi həll etməkdə" həmişəkindən daha çox maraqlıdır və kəşfiyyat xidmətləri iğtişaşlar yaratmağa həmişəkindən daha çox hazırdırlar. Leito və Damien Parisi xaosdan xilas etmək üçün yenidən birlikdə fəaliyyət göstərməlidirlər.
Aktyor heyəti və rolları David Belle — Leito Siril Rafaelli — Damien Tomaso Elodie Yung — Tao MC Jean Gab'1 — Molko Fabrio Felzinger — Baby Montana La Fuine — Ali-K Daniel Duvall — Walter Gassmann
İstinadlar Kateqoriya:Fransızca filmlər Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Serbiya haqqında filmlər Kateqoriya:2009-cu ilin ABŞ filmləri Kateqoriya:Pathé filmləri Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər Kateqoriya:2009-cu ilin döyüş-triller filmləri Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:Serbiyada çəkilən filmlər