Yəmən imamları və daha sonra Yəmən kralları şiə İslamının Zeydiyyə qoluna mənsub dini cəhətdən təqdis edilmiş liderlər idi. Onlar 897-ci ildən Yəmənin bəzi yerlərində dini və siyasi hakimiyyətin qarışığı yaratdılar. Onların imamətləri 1962-ci ildə respublika inqilabına, sonra 1970-ci ildə monarxiyanın rəsmi ləğvinə qədər müxtəlif şəraitlərdə davam etdi. Onlar İmamın rəhbər kimi fəal görünən şəxs olmasını vurğulayır, dini elmlərdə məlumatlı olması, lazım gələrsə, döyüşdə belə özünü camaata layiqli başçı kimi göstərməsi gözlənilirdi. İmamət iddiaçısı “dəvət” edərdi və nadir hallarda birdən çox iddiaçı olurdu.Jane Hathaway, A Tale of Two Factions; Myth, Memory, and identity in Ottoman Egypt and Yemen. New York 2003, pp. 79-81. Tarixçi İbn Xəldun (ö. 1406) adətən imamları təmin edən qəbiləni Banu Rasid və ya Rasidlər kimi qeyd edir.H.C. Kay, Yaman: Its early medieval history, London 1892, p. 185. Əsl ərəb mənbələrində Rasidlər termini demək olar ki, istifadə olunmur. Qərb ədəbiyyatında adətən 16-cı əsrə qədər orta əsrlər dövrünün imamlarını nəzərdə tutur. İmam əl-Mənsur əl-Qasim (h. 1597-1620) ilə hakimiyyətə gələn Rasid qolu Qasimilər (Əl-Qasimi) kimi tanınır.

İstinadlar

Xarici keçidlər

Imam Zaid bin Ali Cultural Foundation, مؤسسة الإمام زيد بن علي الثقافية :: استعراض الكتاب (in Arabic). A.M.H.J. Stokvis, Manuel d'histoire, de généalogie et de chronologie de tous les états du globe, Vol I-III. Leiden 1888-93. Peter Truhart, Regents of Nations. München 2003 E. de Zambaur, Manuel de généalogie et de chronologie de l'histoire de l'islam. Hannover 1927. Kateqoriya:Yəmən tarixi Kateqoriya:Şiə sülalələr Kateqoriya:İslam tarixi Kateqoriya:İslam və siyasət Kateqoriya:İslam dövlətləri Kateqoriya:Müsəlman sülalələr Kateqoriya:Ərəb sülalələri