Osmanlı imperiyasında çox sayda qəzet və jurnallar nəşr olunurdu. Qəzet və jurnalların nəşri Osmanlı imperiyasında mətbuat mədəniyyətinin yayılmasına səbəb oldu. Avropa təsirləri thumb|right|150px|Osmanlıca nəşr olunan Təqvimi-vəqayi, 1831-ci nömrəsi. Osmanlı imperiyasında nəşr edilən ilk qəzet 1795-ci ildə Bəyoğluda Fransa səfiri Verninak-Sen-Maur tərəfindən təsis edilmişdir.Stavrianos, p. 211 Qəzet 1796-cı ilin martına qədər Bulletin de Nouvelles adı altında nəşr olundu.Ibid.; Yalaman, The Development Of Modern Turkey,28;Karaman,“Osmanlı Modernleşmesinde Basın,” 136;E.Ö.Gönenç,“Türkiye'de Gazete Yayıncılığının Başlaması ve Gelişmesi,” İstanbul Üniversitesi İletişim Fakültesi Dergisi,2003,165-167,https://dergipark.org.tr/tr/download/article-file/212413 ; Murat Özgen,“Türk Basınının Gelişimine Tarihsel Bir Yaklaşım ve Değerlendirme,” İstanbul Üniversitesi İletişim Fakültesi Dergisi, no: 11, 2001, 19–23,http://www.journals.istanbul.edu.tr/iuifd/article/view/1019013601/1019012817 Qəzet Gazette française de Constantinople adı altında 1796-cı ilin sentyabrından 1797-ci ilin mayına qədər, 1797-ci ilin may-iyul ayları arasında isə Mercure Oriental adı altında nəşr olundu.Groc & Çağlar, p. 6 Qəzetin əsas məqsədi İstanbulda yaşayan əcnəbi vətəndaşlara 1789-cu il Böyük Fransa inqilabından sonra ölkənin siyasəti haqqında məlumatları çatdırmaq olub.Gerçek, Selim Nüzhet: “Fransızca Takvîm-i Vekâyî: Le Moniteur Ottoman”, Yeni Türk Mecmûası, Sayı: 3, Birinci Kanun 1932 Qəzetin əsas oxucu kütləsi Fransa vətəndaşları idi. Qəzet xarici və azsaylı auditoriyaya xitab etdiyi üçün yerli əhalinin diqqətini cəlb etmədi. İki ildən sonra qəzetin nəşri dayandırıldı.Göncüoğlu, Süleyman Faruk (2010). "İlk gazeteler" İstanbul'un İlkleri Enleri,İstanbul: Ötüken,s. 105

26 noyabr 1800-cü ildə Misirdə nəşr olunan ilk ərəb qəzeti olan Əl-Tənbih (The Alert) general Jak-Fransua Menou tərəfindən təsis edilib. Generalın təyin etdiyi İsmayıl əl-Xəşəb qəzetin redaktoru oldu. 1801-ci ildə İsgəndəriyyə Britaniya imperiyası tərəfindən mühasirəyə alındıqdan sonra qəzetin yaradıcısı general Jak-Fransua Menou ingilis qüvvələrinə təslim oldu.Max Sewell,"The Discovery of the Rosetta Stone" ,Napoleon-series.org,Retrieved 2007-03-17

1828-ci ildə Misir xidivliyinin qurucusu Kavalalı Mehmed Əli Paşa vilayətdə həyata keçirdiyi islahatlar çərçivəsində ərəb-türk dillərindəOrhan Koloğlu, ilk Türkçe Gazete Vakayi-i Mısriye, Tarih ve Toplum, s. 58 (İstanbul Ekim 1988), s. 201-204 nəşr olunan ilk Vekayi Mısriyye (Misir işləri) qəzetini təsis etdi.Tripp (ed.), p. 2; Amin, Fortna & Frierson, p. 99; Hill, p. 172 Qəzetdə yalnız yüksək vəzifəli idarəçilər çalışırdı və yazılarda adətən dövlət daxilində keçirilən islahatlardan bəhs edirdi.Yazıcı, Nesimi: “Vekâyî-i Mısriye Üzerine Birkaç Söz”, OTAM (Ankara Üniversitesi Osmanlı Tarihi Araştırma ve Uygulama Merkezi Dergisi), No: 2, 1991 Qəzetin nəşri 1833-cü il iyunun 15-də dayandırıldı. 1833-cü ilin avqustunda Vekayi Mısriyye-nin xarici mətbuat nəşri olması üçün fransızca Le Moniteur Egyptien qəzeti təsis edildi. Amma qəzet diqqəti cəlb etmədi, yarandığı gündən 4 ay sonra (1833-cü il mart) qəzetin nəşri dayandırıldı.ibrahim Abduh, Tarihu Vakayii'I-Mısriye, Kahire, 1983

Osmanlı imperiyasının ilk rəsmi qəzeti olan Təqvimi-vəqayi nəşr olunduqdan 4 gün sonra, 5 noyabr 1831-ci ildə II Mahmudun xahişi ilə fransız dilində Le Moniteur Ottoman təsis edildi. Aleksandr Blak qəzetin redaktoru idi. Qəzetin məqsədi, dövlətdə baş verən hadisələr və II Mahmudun islahatlarını Avropa ictimaiyyətinə tanıtmağa çalışmaq idi. Qəzet 1836-cı ildə Aleksandr Blakın ölümündən sonra M.Françeşi və M.Ruet tərəfindən bir müddət nəşr olunduqdan sonra bağlandı.Sözen, Edibe "Yeni Osmanlılar ve Gazetecilik İstanbul Üniversitesi İletişim Fakültesi Dergisi, Cilt 0, Sayı 1-2, Oca 1992

"Cərideyi-həvadis" 1 avqust 1840-cı ildə İstanbulda yaşayan ingilis taciri Uilyam Çörçill tərəfindən qurulmuşdur.Lewis, Bernard. Modern Türkiye'nin Doğuşu "Cərideyi-həvadis" özəl sərmayə ilə qurulan ilk qəzet idi. Qəzetin əsas mövzusu xarici siyasət və beynəlxalq xəbərlər olub. Türk mətbuatında ticari reklamlara başlayan qəzet "Cərideyi-həvadis" idi. Qəzetə 1864-cü ildə Uilyam Çörçilin ölümündən sonra Alfred Çörçill rəhbərlik etdi. İrəliləyən zamanlarda isə Alfred Çörçilin əvəzinə qəzetin sahibi Mehmed Nuri bəy oldu. Qəzetin 1885-ci ildə nəşri dayandırıldı.Perihan Ölker, “Ceride-i Havadis ve Hakayıkul Vekayi Gazetelerinde Türk Dili İle İlgili İki Yazı”, Turkish Studies-İnternatıonal Periodical For The Languages, Literature And History Of Turkish Or Turkic, Volume VIII/IX, Summer, Ankara 2013,s. 2023

Osmanlı imperiyasının ilk yerli qəzeti 1860-cı ildə İbrahim Şinasi (1826-1871) və dostu Agah Əfəndinin (1832-1885) dəstəyi ilə "Tərcümani-əhval" adı ilə təsis edilmişdir.Ágoston & Masters, p. 433 Qəzetin məqsədi Osmanlı imperiyasının daxili və xarici xəbərlərini qəzetdə dərc etmək idi. Qəzet dərc edildiyi dövrdə "Cərideyi-həvadis" ilə yarışırdı. İbrahim Şinasi altı ay sonra “Təsviri-əfkar” adlı qəzet qurdu və yazıçının heyətində Namiq Kamal da var idi.S.Gezgin,"Gazeteciliğin ve Türk Yazılı Basınının Kısa Tarihsel Prespektifi,İstanbul Üniversitesi İletişim Fakültesi Dergisi,2004,11–24,http://www.journals.istanbul.edu.tr/iuifd/article/view/1019012945/1019012173 "Tərcümani-əhval"ın nəşr ömrü 11 mart 1866-cı ildə başa çatdı. Namiq Kamal qısa müddət sonra Parisə getdi.

Ərəb dilində nəşr olunan ilk özəl qəzet olan "Mir'atul-ahval" 1885-ci ildə suriyalı şair Rizqallah Hassun tərəfindən təsis edilib. Qəzetin fəaliyyəti bir il sonra tənqidi məzmunlu mətnlərə yer verdiyi üçün dayandırıldı.Çapanoğlu, Münir Süleyman: Basın Tarihine Dair Bilgiler ve Hatıralar, İstanbul, Hür Türkiye Dergisi Yayınları, 1962

1864-1865-ci ilin yanvarında Senzura İdarəsinin yaradılması ilə Mətbuat Qaydaları və Mətbuat qanunları qəbul edildi. Bu qanunlarla bir çox ziyalılar, jurnalistlər sərbəst fəaliyyət göstərə bilməyəcəklərini düşündükləri üçün xarici ölkələrdə, xüsusən də Parisdə qəzetlər dərc etdirdilər.Kendall,p.338 Kendall,p.340 İskit, Server: Türkiye’de Matbuat İdareleri ve Politikaları, Başbakanlık Basın Yayın Umum Müdürlüğü Yayınları, 1943

Şəhər üzrə Osmanlı imperiyasının paytaxtı Konstantinopol (indiki İstanbul) mətbuatın fəaliyyətinin aktiv olduğu mərkəzi idi.Kendall,p.339

1876-cı ildə İstanbulda qırx yeddi jurnal nəşr olunurdu. Jurnalların əksəriyyəti xarici dillərdə olmaqla burada yaşayan azlıqlara xitab edirdi, cəmi on üç jurnal Osmanlı türkcəsində dərc edilirdi.Kendall,p.331 Qalatada qeyri-müsəlmanlar və milli azlıqlar tərəfindən bir çox xarici dildə qəzetlər hazırlanırdı.

Kendall 1870-ci illərdə yazırdı ki, Konstantinopolda İsgəndəriyyə ilə müqayisədə burada dərc olunan xüsusi ədəbi jurnallar yoxdur.Kendall,p.337 Kendall qeyd edirdi ki, Konstantinopolda nəşr olunan jurnalların oxucu bazası son dərəcə aşağıdır. Kendalın nəzərində 1875-ci ildə qoyulan möhür rüsumu “daha ​​marjinal” qəzetlərin fəaliyyətinin sonlanmasına səbəb oldu.

Osmanlı imperiyasının dağılmasından sonra indiki İstanbul olan Konstantinopol türk jurnalistikasının mərkəzi olaraq qaldı.

Türk Vəqayi-Giridiyə, Krit valiliyinin 1831-ci ildə Kavalalı Mehmed Əli Paşaya verilməsindən sonra Kritdəki islahat islahatlarının bir hissəsi olaraq quruldu. Qəzet türk və yunan dillərində nəşr olunurdu. Qəzetin dövrün yazarları tərəfindən 1841-ci ilə qədər davam etdiyi iddia edilir.Strauss, "A Constitution for a Multilingual Empire," p. 22 (PDF p. 24) Gazetenin dönemin yazarları tarafından 1841 yılına kadar devam ettiği iddia ediliyor.Koloğlu, Orhan: “Girit’te Türkçe Basın”, Tarih ve Toplum, Sayı: 48, Aralık 1987, ss. 9-12

1874-cü ildə Haqop Baronyan tərəfindən qurulan, Türkiyədə ilk türk teatr jurnalı Tiyatrodur.

Osmanlı imperiyası dövründə Osmanlı türk nəşrləri: BəsirətStrauss,Johann "Twenty Years in the Ottoman capital: the memoirs of Dr. Hristo Tanev Stambolski of Kazanlik (1843-1932) from an Ottoman point of view." In: Herzog, Christoph and Richard Wittmann (editors). Istanbul - Kushta - Constantinople: Narratives of Identity in the Ottoman Capital, 1830-1930. Routledge, 10 October 2018, 9781351805223. p. 267 Hürriyət İkdam - 23 iyun 1894-cü ildə nəşrə başlandı. Əhməd Cövdət tərəfindən nəşr edilmişdir. Dövrünün “Sabah” qəzeti ilə ciddi rəqabətdə idi (qəzet, 1875).Yalaman, The Development of Modern Turkey, 78 La Pédiatrie en Turquie - Türkiyədə əmrazı-ətfal 1880-ci ildə Əbuziya Tofiq tərəfindən qurulan və 1887-ci ilə qədər nəşr olunan Məcmueyi-Əbuziya, daha sonra 1894-cü ildə yenidən nəşr olunaraq 1912-ci ilə qədər fəaliyyəti davam etdi. Məcmueyi-İbrətnüma (İstanbul) - 1865-1866-cı illər arasında Cəmiyyəti-kitabətdə nəşr olunan kitabın on altı nömrəsi var idi. Məcmua İber-u İntibah - Kendalla görə, 1862-1864-cü illərdə fəaliyyət göstərən bu jurnal Türkiyədə nəşr olunan "ilk ixtisaslaşdırılmış ədəbi jurnal" idi. 8 nömrəsi nəşr olunmuşdu. Mühərrir - 1876-1878-ci illərdə Əbuziya Tofiq tərəfindən idarə edilmiş və cəmi səkkiz nömrəsi nəşr olundu. Rəvzat-ül Maarif (İstanbul) - 1870-ci ildən 1871-ci ilə qədər nəşr olunan elm və ədəbiyyata həsr olunmuş altı nömrədən ibarət məcmua olub. Sərvət - 1889-cu ildə etnik yunan jurnalisti Demetrius Nikolaydes tərəfindən dərc edilmişdir.Strauss, "A Constitution for a Multilingual Empire," p. 29 (PDF p. 31) "Sərvəti-fünun"Kendall,p.330 CITED: p.342 Təqvimi-vəqayi Tərəqqi Tərcümani-həqiqət - 1878-ci ildə İttihad və Tərəqqi üzvü tərcüməçi Əhməd Midhət tərəfindən təsis edilmişdir. Turkish Economy Magazine - Revue Economique de Turquie Məlumat - 1895-ci ilin mayında Mehmet Tahir tərəfindən təsis edilmişdir. Ədəbiyyat, hüquq, iqtisadiyyat, tarix, tibb, kənd təsərrüfatı və ticarətlə bağlı məqalələr dərc olunur, nəşr ömrü 1905-ci ildə başa çatır. Cərideyi-ticarət Səadət - "Cərideyi-həvadis"in davamı olaraq qurulmuş məcmua idi. 1885-ci ildə Mehmet Nuri bəy tərəfindən qurulmuşdur. 1911-ci ildə nəşri dayandırılmışdır. Vakit (qəzet) - Əsası 1875-ci ildə Filip Əfəndi tərəfindən qoyulmuş, tənqidi yazılarına görə 1884-cü ildə bağlanmışdır. Sabah (qəzet, 1875) - 1876-cı ildə Papadapulos tərəfindən nəşr edilmişdir. Nəşr olunduğu dövrdə “İkdam” qəzeti ilə ciddi rəqabət aparan qəzet idi.

Anatoli qəzeti 1850-ci ildə Evanginos Misalaydis tərəfindən təsis edilib. Qəzetdə yazılar qaramanlıca yazılırdı."Introduction" Press and Mass Communication in the Middle East: Festschrift for Martin Strohmeier. University of Bamberg Press,2018-02-28,ss. v-..Cited: p.xi Qəzetin nəşri 1922-ci ildə dayandırıldı.

Qaramanlıca dərc edilən digər qəzetlər; Anatole Ahter Angeliaforos Uşaqlar üçün Angelioforos Sübh Tərəqqi

Angelifaros nəşrləri Amerika Xarici Nümayəndəliklər üzrə Komissarlar Şurası tərəfindən yaradılmışdır.

Ərəb Misirdə ilk ərəb qəzeti 1800-cü il noyabrın 26-da əsası qoyulan, fransızlar tərəfindən nəşr edilən və baş ofisi İsgəndəriyyədə olan ət-Tənbih qəzetidir.

Misirdə ilk rəsmi ərəb qəzeti olan əl-Xidiv jurnalı 1810-cu ildə təsis edilmişdir. Ərəbcə “Əl-Cəvaib” qəzeti İstanbulda Əhməd Faris Əfəndi (1804-1887) tərəfindən təsis edilmişdir. Qəzet 1876-cı il Osmanlı qanunu da daxil olmaqla, 1860-cı ildən Osmanlı qanunlarını ərəbcə yayımladı.Strauss, "A Constitution for a Multilingual Empire," p. 25 (PDF p. 27)Strauss, "A Constitution for a Multilingual Empire," p. 34 (PDF p. 36)