– Yaponiya zooloqu, ekoloqu və antropoloqu. Yaponiyada primatologiya elminin əsasını qoymuşdur.

Həyatı Kinci İmanişi 1902-ci ildə Yaponiyanın Kioto şəhərində doğulmuşdur. Kioto Universitetindən məzun olduqdan sonra gündəcələrin ekologiyasını araşdırmağa başlamışdır. Tədqiqatları əsasında "yaşayış arealı üzrə təcrid olunma" nəzəriyyəsini inkişaf etdirmişdir. Bu nəzəriyyəyə görə eyni arealda məskunlaşan müxtəlif növlər müvəqqəti olaraq eyni yaşayış adaptasiyalarını saxlayırlar.

Kioto Universitetində dərs verməyə başladıqdan sonra alpinizm və səyahətlə maraqlanmağa başlamışdır. 1938–39 və 1944–46-cı illərdə Daxili Monqolustanda, 1941-ci ildə Ponpey adasında, 1952-ci ildə Nepalın Himalay dağlarında, eləcə də, digər yerlərdə tədqiqat ekspedisiyaları təşkil etmişdir.

İkinci dünya müharibəsindən sonra Kioto Universitetinin Humanitar Elmlər üzrə Tədqiqat İnstitutunun üzvü olmuşdur. Burada primatların davranışı üzərində tədqiqatlar başlatmışdır. Onun yapon əntərləri haqqında araşdırmaları xarici ölkələrdə maraqla qarşılanmışdır. 1957-ci ildə "Primates" jurnalını qurmuşdur. Bu jurnal dünyada nəşr olunan ən köhnə beynəlxalq primatologiya jurnalıdır. İmanişi 1979-cu ildə "Mədəniyyət" ordeni ilə təltif olunmuşdur.

Əsərləri "Seybutsu no sekay" (1941, "Canlılar dünyası") "Seybutsu şakay no ronri" (1949, "Canlılar aləminin məntiqi") "İmanişi Kinci zenşu" (1974–75, "Kinci İmanişinin seçilmiş əsərləri")

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Kioto Universitetinin müəllimləri Kateqoriya:Yaponiya zooloqları Kateqoriya:Yaponiya antropoloqları Kateqoriya:Yaponiya ekoloqları Kateqoriya:Primatoloqlar