Auşra Auqustinaviçyute (; ) — Litva alimi, iqtisadçısı, sosioloqu, psixoloqu. O, sosiologiyanın yaradıcılarından olmuşdur.
Həyatı Auşra Auqustinaviçyute 4 aprel 1927-ci ildə Litvanın Kaunas şəhəri yaxınlığında, kitab naşiri ailəsində anadan olmuşdur. 1956-cı ildə Vilnüs Universitetinin İqtisadiyyat fakültəsini maliyyə ixtisası üzrə bitirmişdir. Məktəbi bitirdikdən sonra Litva SSR Maliyyə Nazirliyində işləmişdir. Vilnüsdəki məktəblərdə siyasi iqtisaddan dərs demişdir. 1968-ci ildə Vilnüs Universitetinin Ailəşünaslıq fakültəsinin dekanı olmuşdur. Auqustinaviçyute 19 avqust 2005-ci ildə, 78 yaşında vəfat etmişdir.
Elmi fəaliyyəti Auqustinaviçyute 1960-cı illərdə Sovet İttifaqında sosiologiyanı öyrənməyə başlayan ilk şəxslərdən biri idi."Резервы воспроизводства рабочей силы в семейном быту", Аугустинавичюте А. // "Социологические проблемы взаимодействия личности и социальных групп в условиях развитого социалистического общества". Материалы к научной конференции, Вильнюс, 1977 г. O, həmçinin ailə münasibətləri problemlərini öyrənmiş, seksologiya ilə məşğul olmuşdur.Аугустинавичюте А., Цукерманас Л., "Вопросы пола и психогигиены половой жизни — 1980 г." // "Культура семейных отношений". Москва, 1980 г.Аугустинавичюте А. "Бюджет семьи и воспитание детей" // "Культура семейных отношений". Москва, 1980 г.
İstinadlar
Kateqoriya:Litva alimləri Kateqoriya:SSRİ iqtisadçıları Kateqoriya:Analitik psixologiya