və ya – Yaponiyanın Tokio şəhərinin Kappabaşi bölgəsində yerləşən buddist məbədi. Məbəd kappalarla olan əlaqəsinə görə tanınır.

Tarixi Soqen məbədi XVII əsrdə qurulmuşdur. Məbəd və məbədin yerləşdiyi bölgənin adı Kappa Kavataro adlı yerli plaş tacirinin adından gəlir. O, daşqınların qarşısını almaq üçün kanal tikintisinə pul ayırmışdır.

Əfsanəyə görə kanalın tikintisi zamanı yüzlərlə kappa Sumida çayından gələrək Kavataroya kömək etmişdir. Kavataro 1814-cü ildə öləndə Soqen məbədində dəfn olunmuş və məbəd bundan sonra Kappa məbədi kimi tanınmağa başlamışdır.

Xüsusiyyətlər Soqen məbədi Tokionun Tayto xüsusi rayonunun Asakusa rayonunun qərbində, Kappabaşi bölgəsində yerləşir. Məbəddə bir çox kappa heykəlciyinə rast gəlmək mümkündür. Kappaların sevimli yeməyi xiyar hesab olunduğu üçün məbədin səcdəgahına tez-tez xiyarlar qoyurlar. Xəzinə otağında kappalara aid qədim əlyazmalar və mumyalanmış kappa əli saxlanılır.

Qalereya

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Yaponiyadakı buddist məbədləri Kateqoriya:Tokiodakı dini tikililər Kateqoriya:Kappa (mifologiya) Kateqoriya:XVII əsrdə Yaponiyada yarananlar Kateqoriya:Tayto