Arif Niftullayev (21 aprel 1997, Masallı) — Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.

Onun atası Arif Niftullayev də güləşçi olub və 1978-ci il Dünya Çempionatının qalibidir.

Karyerası Arif Niftullayev 2014-cü ilin mayında Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Nəticələrə əsasən o, həmin turniri 11-ci pillədə başa vurdu.

2016-cı ildə Qızıl Qran-Pri beynəlxalq turnirini 14-cü pillədə başa vuran Arif Niftullayev, 2017-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 5-ci, Budapeşt şəhərində U23 Avropa Çempionatını 16-cı, Novi Sad şəhərində Avropa Çempionatını isə 10-cu pillələrdə başa vurdu.

Arif Niftullayev 2019-cu ildə isə Tehran şəhərində Taxti Cup beynəlxalq turnirini gümüş medalla, Novi Sad şəhərində U23 Avropa Çempionatını 5-ci, Budapeşt şəhərində U23 Dünya Çempionatını isə 12-ci pillələrdə başa vurdu.

Arif Niftullayev 2022-ci ildə İstanbul şəhərində Vəhbi Əmrə Turnirini 12-ci, Roma şəhərində Matteo Pellicone Turnirini 7-ci, Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarını isə 8-ci pillələrdə başa vurdu.

Arif Niftullayev birinci ciddi uğuruna 2022-ci ilin 10-18 sentyabrında Serbiyanın Belqrad şəhərində baş tutan Dünya Çempionatında imza atdı. Turnirin birinci görüşündə Avstriya nümayəndəsi Daniel Qastlı 3:2, 1/8 final mərhələsində Litva təmsilçisi Vilius Laurinaitisi 8:0, 1/4 final mərhələsində isə Macarıstan nümayəndəsi Alex Szoni 10:2 hesabları ilə məğlub edən Arif Niftullayev, Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Bolqarıstan təmsilçisi Kiril Milov oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Arif Niftullayev 3:0 hesabı ilə irəlidə olsa da, üstünlüyünü əldən verdi və rəqibinə məğlub oldu. Bir gün sonra baş tutan bürünc medal uğrunda görüşdə isə Arif Niftullayev İtaliya nümayəndəsi Niholoz Kaxelaşvili ilə üz-üzə gəldi və rəqibindən 2:1 hesabı ilə üstün olaraq Dünya Çempionatının bürünc medalına sahib oldu.

2023-cü ildə isə Arif Niftullayev Zagreb Open beynəlxalq turnirini 8-ci, Avropa Çempionatını 12-ci, Dünya Çempionatını isə 33-cü pillələrdə başa vurdu.

Nəticələri SıraİlYarışEv sahibiNəticə12014Yeniyetmələrin Avropa Çempionatı Bolqarıstan11.22016Qızıl Qran-Pri Azərbaycan14.32017Vəhbi Əmrə Turniri Türkiyə5.4U23 Avropa Çempionatı Macarıstan16.5Avropa Çempionatı Serbiya10.62019Taxti Cup İran3.7U23 Avropa Çempionatı Serbiya5.8U23 Dünya Çempionatı Macarıstan12.92022Vəhbi Əmrə Turniri Türkiyə12.10Matteo Pellicone Turniri İtaliya7.11İslam Həmrəyliyi Oyunları Türkiyə8.12Dünya Çempionatı Serbiya3.132023Zagreb Open Xorvatiya8.14Avropa Çempionatı Xorvatiya12.15Varga Yanos Turniri Macarıstan11.16Dünya Çempionatı Serbiya33.

İstinadlar

Kateqoriya:Azərbaycanın yunan-roma güləşçiləri Kateqoriya:Güləş üzrə Dünya Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın kişi güləşçiləri