Maykl Kinan Liri (; ) — amerikalı prodüser. Skizzy Mars, Melani Martines və Fibi Rayan üçün gördüyü işlərlə tanınır.

Həyatı Kinan 10 aprel 1989-cu ildə Massaçusetsdə anadan olub. Ailəsi əslən Nyu-Yorkdandır. O, 3-cü sinifdə təbil çalmağa başladı və Empire State Gənclər Orkestrinin tərkibində olmaq üçün Albaniyə yollandı. O, klassik zərb alətləri ilə məşğul olmaq istəmədi və maraqlarını musiqi prodüserliyinə yönəltdi.

Kinan məktəbdən sonra musiqi üzərində işləmək üçün Bruklinə, daha sonra isə Manhettenə köçdü. Məktəbi bitirdikdən sonra o, bütün səylərini musiqi prodüserliyinə və sənətçilərin arzulayacağı ritmlər yaratmağa yönəltdi.

Diskoqrafiya Sinqllar So Are You (2022) Prodüserlik işləri

2015 – Melani Martines – Cry Baby albomunda yer alan Milk and Cookies, Pacify Her, Play Date mahnılarının prodüseri. 2019 – Melani Martines – K–12 albomunun prodüseri. 2020 – Melani Martines – After School minialbomunun prodüseri.

Filmoqrafiya K–12 (2019) – bəstəkar.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt