Şamil Hacıağa oğlu Musayev () — Azərbaycan dövlət xadimi, Azərbaycanın rabitə naziri (1990–1992).
Həyatı Şamil Hacıağa oğlu Musayev 1943-cü ildə anadan olmuşdur. İxtisasca avtomatik elektrik rabitə mühəndisidir.
Əmək fəaliyyətinə Bakı elektrik-quraşdırma məmulatları zavodunda elektrik çilingəri kimi başlamışdır. 1966-cı ildən 1976-cı ilədək "Azərsənayeelektroquraşdırma" trestinin Bakı Sənayerabitəquraşdırma İdarəsində mühəndis, böyük mühəndis, rəis müavini, baş mühəndis və rəis vəzifələrində işləmişdir.
Şamil Musayev 1976-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin Quraşdırma və Xüsusi Tikinti İşləri İdarəsi rəisinin müavini təyin edilmiş, 1982-ci ildən Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini vəzifəsində çalışmışdır. 1989-cu ilin may ayından "Azərxüsusitikintiquraşdırma" ərazi-tikinti-quraşdırma birliyi rəisinin müavini olmuşdur. 1990-cı ilin aprel ayında Azərbaycan SSR rabitə naziri təyin edilmişdir. O, bu vəzifədə 1992-ci ilin iyun ayınadək çalışmışdır.
İstinadlar
Həmçinin bax Azərbaycan SSR hökuməti (1985–1991) I Azərbaycan hökuməti Telman Kazımov