Qeyb xan Ustaclı — Səfəvi imperiyasında fəaliyyət göstərmiş Qızılbaş hərbi dövlət xadimlərindən və sərkərdələrindən biri. Ustaclı tayfasına mənsub olmuşdur. Həyatı Qeyb xan Ustaclının fəaliyyəti barədə o qədər də məlumat yoxdur. Onun haqqında bəlli olan məlumatlar onun Səfəvi imperiyasının iki vilayətində hakimlik etməsi ilə bağlıdır. Beləki o, Səfəvi imperiyasının indiki İran ərazisinin qərbində yerləşən iki vilayətdə - Kürdüstan və Luristan vilayətlərində hakimlik etmişdir. Bu iki bölgədə əsasən Səfəvi şahlarına tabe olan yerli sülaləyə mənsub olan şəxslər hakimlik etdiyinə görə, Qeyb xan Ustaclının hakimliyi diqqət çəkən məqamdır. O, 1568-ci ildə Luristan vilayəti ilə birlikdə, Kürdüstan vilayətinin də hakimi təyin edilmişdir. Bir digər diqqət çəkən məqam isə Qeyb xan Ustaclının eyni zaman hər iki vilayətin hakimi təyin edilməsidir. Hər iki vilayətdə də onun hakimliyindən sonra yerli sülalədən olan şəxslər hakim təyin edilmişdirlər.
Qeyb xan Ustaclı Səfəvi imperiyasını formalaşdıran və Qızılbaş tayfalarından olan Ustaclı tayfasına mənsub olmuşdur.
İstinadlar
Mənbə
Kateqoriya:Səfəvi sərkərdələri Kateqoriya:Ustaclılar