Qarabağ xanlığının bayrağı — Üzərində Aslan və Günəş simvolu olan ştandart tipli bayraq. Bayraq 2020-ci illərdə Gürcüstanın paytaxtı Tiflisdəki (bugünkü Gürcüstan Milli Muzeyi fondlarında) arxivlərində tapılıb. “Qarabağ xanlığı. Tarixi və mədəni kimlik” adlı kitabda nəşr olunub.

1807-ci ildə Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu xana üzərində Çar Rusiyası gerbi olan bayraq da hədiyyə edilib.

Rusiya İmperiyası tərəfindən verilən bayrağın tarixi thumb|right 14 may 1805-ci il tarixdə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanmış Kürəkçay müqaviləsinin yeddinci maddəsində bayraq haqqında bu cür qeyd edilir:

1807-ci ildə Küərkçay sülh müqaviləsi imzalanan zamanı verilən bayraq dördkünc, ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunub. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilən iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənib. Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilib. Qalxanın üzərində ağ, qırmızıvə boz rənglərlə Moskva şəhərinin gerbi, Müqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilib, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınıb. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülüb.

Qarabağ xanlığı ləğv olunduğundan Mehdiqulu xanın vəfatından sonra ona təqdim edilən bayraq varislərinə verilmədi, yenidən Sankt-Peterburqa qaytarıldı və Sarskoe Selo Saray Cəbbəxanasına təhvil verildi.

Bu bayraq əvvəl Qafqaz Hərbi Muzeyində olub, onun ora verilməsi tarixi məlum deyil. 1838-ci il oktyabrın 30-da imperator I Nikolay Qarabağ xanlığının bu bayraqdan hakimiyyət rəmzi kimi istifadə etmək hüququnu təsdiq etdi. 1924-cü ildən isə bayraq Milli Azərbaycan Tarixi Muzeyində 461 saylı inventar altında saxlanır.

Həmçinin bax

İrəvan xanlığının bayrağı

İstinadlar

Ədəbiyyat

Sonuncu Qarabağ xanının bayrağı Azərbaycana 2-ci dəfə belə gətirildi

Xarici keçidlər

Qarabağ xanlığının bayrağı Bakıdadı

Kateqoriya:Qarabağ xanlığı Kateqoriya:Tarixi bayraqlar