Baykerlər 2 (Hind: धूम २, ) — rejissor Sanjay Qadhvinin 2006-cı ildə çəkdiyi Hindistan filmi. Baykerlər trilogiyasının ikinci filmidir. 2004-cü ildə ilk "Baykerlər" filmi, 2013-cü ildə isə sonuncu hissəsi — "Baykerlər 3" ekranlara çıxmışdır.
Süjet xətti Film boyu polis Cey Dixit və dostu Əlinin sərgüzəştləri davam edir. Bu dəfə misilsiz qiymətli əşyaları oğurlayaraq tarixdə iz buraxmaq istəyən beynəlxalq bir oğrunu tutmaq lazımdır. İş elə gətirir ki, soyğundan sonra cinayətkar hadisə yerində iz buraxır. Ancaq polisin əlində bundan başqa dəlil yoxdur. Onu tutmaq üçün Cey oğru bir qızı onun yanına göndərir. Ancaq burada da onların hissləri işə qarışdığına görə məsələ əhəmiyyətini itirir..
İstinadlar Kateqoriya:Braziliya haqqında filmlər Kateqoriya:Mumbay haqqında filmlər Kateqoriya:Hindistanın soyğun filmləri Kateqoriya:Hindcə filmlər Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:Hindistanın triller filmləri Kateqoriya:2000-ci illərin hind dilli filmləri Kateqoriya:2000-ci illərin soyğun filmləri Kateqoriya:2006-cı ilin filmləri