Osip Naumoviç Abdulov (; ) — SSRİ teatr və kino aktyoru, rejissor. RSFSR xalq artisti (1944).Театральная энциклопедия. / Гл. ред. С. С. Мокульский. Т. 1. — : Советская энциклопедия, 1961. — 1214 стб. с илл., 12 л. илл.Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — : Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт. Teatrdakı fəaliyyətinə görə II dərəcəli "Stalin" mükafatı laureatı (1951).

Parlaq komediya xarakter aktyoru olmuşdur. O, sovet kinosunda personajların dərin psixoloji inkişafı ilə kəskin xarici rəsmin təsvirləri qalereyasını yaratmışdır. Abdulov virtuoz texniki məharətə malik idi, qroteskdən yayınaraq parlaq satirik xüsusiyyətlər yaratmışdır.

Həyatı Osip Naumoviç Abdulov 3 noyabr 1900-cü ildə Lodzda (indiki Polşa) yəhudi ailəsində anadan olmuşdur.Российская еврейская энциклопедия, т. 1, Российская академия естественных наук . — : Эпос, 1997.Абдулов О. Н. Статьи и воспоминания. — : Искусство, 1969.Абдулов — настоящая фамилия актёра. В метрических данных по Лодзи на сайте еврейской генеалогии JewishGen.org указывается умершая в 1895 году Фейга-Родл Абдулова. Atası tekstil mühəndisi idi. 1913-cü ildə ailəsi Moskvaya köçmüşdür. 1917-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur.

Səhnə fəaliyyətinə 1918-ci ildə Şalyapin studiyasında başlamış, 1923-cü ilə qədər burada çalışmış və ilk mühüm rolunu – Artur Şnitslerin "Yaşıl tutuquşu" (1919-cu ildə) əsərində sərxoş Qreni canlandırmış, sonra isə 1924–1925-ci illərdə sonra 1924-1925-ci illərdə Vera Komissarjevskaya Teatrında çıxış etmişdir.Адресная и справочная kitab3 «Вся Москва» на 1925 год : Абдулов Осип Наумович, артист театра имени Комиссаржевской; жил в Лубянском проезде, дом № 3, кв. 16. 1925–1926-cı illərdə Moskva İncəəsnət Teatrında, 1926–1927-ci illərdə Satira teatrında, növbəti mövsümü həmkarlar ittifaqı emalatxanasında keçirmişdir.Адресная и справочная kitab3 «Вся Москва» на 1930 год : Осип Наумович Абдулов, Лубянский проезд, дом № 3, кв. 20, артист Профклубной мастерской.

1924-cü ildən radioda əvvəlcə aktyor, sonra isə rejissor kimi çalışmış, 200-dən çox radio tamaşasına, o cümlədən Rollandın "Kola Brünyon", Dodenin "Taraskonlu Tartarin", Dikkensin "Pikvik klubu", Qoqolun "Şel", Qorkinin "Malva" və "Makar Çudra" əsərləri, həmçinin bir çox başqalarının radiotamaşalarına quruluş vermişdir. Uşaqlar üçün bədii veriliş təşkil etmişdir.

Eyniadlı Almaniya filmində Bethoven rolu və Çexoslovakiyanın "İmperatorun çörəkçisi" filmindəki Çörəkçi və İmperator rollarını dublyaj etmişdir.

14 iyun 1953-cü il tarixində vəfat etmişdir. O, Vvedenski qəbiristanlığında dəfn olunmuşdur.

Təltif və mükafatlar RSFSR xalq artisti (1944) İkinci dərəcəli "Stalin" mükafatı (1951) "Qırmızı əmək bayrağı" ordeni (1949) medallar

İstinadlar

Əlavə ədəbiyyat Российская еврейская энциклопедия / Гл. ред. Г. Г. Брановер (т. 1) — Москва, ЭПОС, 1997. — с. 7 — ISBN 965-293-033-4

Xarici keçidlər Осип Абдулов (Актёрские байки)

Kateqoriya:SSRİ aktyorları Kateqoriya:Rusiya aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:SSRİ teatr pedaqoqları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:Rusiyanın teatr rejissorları Kateqoriya:SSRİ yəhudiləri