Qarabağ — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədbəyli kənd inzibati ərazi dairəsində kənd.

Araz çayının sol sahilində, Mil düzündədir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Bu Kənd "Bələdiyyə əraziləri və torpaqları haqqında" Qanunla Füzuli rayonunun Əhmədbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Tarixi Birinci Qarabağ müharibəsi nəticəsində köçkün düşmüş əhalinin Füzuli rayonunun Haramı düzündə yerləşməsi nəticəsində 1990-cı illərdə yaranmış kənddir.

1993-cü ilin dekabr ayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilsə də, 1994-cü ilin yanvar ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

1998-ci ildən Kənddə tam orta məktəb fəaliyyət göstərir.

Kənddə "Qarabağ Kənd Uşaq Musiqi Məktəbi" 1998-ci ildən fəaliyyət göstərir. Bu Məktəbdə 5 ixtisas üzrə dərslər keçirilir. Məktəbimizi bir çox ixtisaslar üzrə bitirən şagirdlərimizdən texnikum və ali məktəblərə qəbul olunanlar sonradan qayıdıb məktəbimizdə işləyən müəllimlərimizdə var. Məktəbdə hazırda 28 müəllim işləyir. İxtisaslar üzrə 151-şagird təhsil alır.

2012-ci ildə "Xan Şuşinski adına Respublika Muğam festivalı"nda bu musiqi məktəbi uğurla çıxış edərək, mükafatlar alıb.

18 oktyabr 2024-cü il tarixli 50-VIIQ nömrəli Qanunla Əhmədbəyli bələdiyyəsinin ərazisinə aid edilib.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 759 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Həmçinin bax Füzuli rayonu

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyəti

Kateqoriya:Füzuli rayonunun kəndləri