Avqusta Ferdinanda () — Toskana knyazı II Leopold və onun birinci həyat yoldaşı Saksoniyalı Mariya Anna yetkinlik yaşına gəlib çıxmış yeganə qızı idi. Avqustanın yetkin yaşa gəlib çıxmış iki qardaşı vardı. Onlardan biri, IV Ferdinand Toskana knyazı idi. Ciddi katolik tərbiyəsindən sonra o, erkən yaşlarında incəsənətə və elmlərə maraq göstərmişdi. Müasirləri onu hündürboy, gözəl və özünə inamlı biri kimi təsvir edirdilər.
Evliliyi və ailəsi 15 aprel 1844-cü ildə Florensiyada Bavariya şahzadəsi Luitpoldla evlənmişdi. Luitpoldun atası Bavariya kralı I Lüdviq əvvəlcə Luitpoldun evlilik planlarına qarşı çıxdı, çünki Avquste nikahdan əvvəl artıq vərəmin əlamətlərini göstərirdi (bu xəstəlikdən o, nəhayət 39 yaşında ölmüşdü). Bunlara baxmayaraq onun dörd övladı olmuşdu və onlarla həmişə italyanca danışırdı. Luitpolda bütün siyasi fəaliyyətlərində böyük dəstək olmuşdu. Belə ki, 1848-ci il inqilabı zamanı o, qaynatasının məşuqəsi Lola Montezin əleyhinə danışmışdı və monarxiyanın əleyhdarlarını təcrid etməyə çalışırdı.
Övladları:
III Lüdviq (1845–1921) Şahzadə Leopold (1846–1930) Şahzadə Tereza (1850–1925) Şahzadə Arnulf (1852–1907)
Ölümündən sonra o, Münhendəki Teatin kilsəsinin Vittelsbax ailə məzarlığında dəfn edilmişdi. Luitpold ondan sonra heç vaxt yenidən evlənməmişdi.
İstinadlar
Mənbə Karl Möckl: Auguste Ferdinande. In: Brigitte Hamann (Hrsg.): Die Habsburger. Ein biographisches Lexikon. Ueberreuter, Wien 1988, ISBN 3-8000-3247-3, S. 62 f.
Kateqoriya:Habsburqlar Kateqoriya:Florensiyada doğulanlar Kateqoriya:Vərəm xəstəliyindən ölənlər