Müqəddəs Mixail kilsəsi () — Almaniyanın cənubunda, Münhendə yerləşən yezuit kilsəsidir, Alp dağlarının şimalındakı ən böyük İntibah kilsəsidir. Binanın üslubu Cənubi Almaniyanın erkən barokko memarlığına böyük təsir göstərmişdir. 1556-cı ildə Bavariya hersoqu V Albert Yezuitlər ordeninə Münhendə Vilhelms gimnaziyasının yaradılmasına icazə vermişdi və beləliklə, ordenin şəhərdə mövcudluğu başlamışdı. Kollegial kilsə yalnız onun oğlu, Bavariya hersoqu V Vilhelmin hakimiyyəti dövründə qurulmuşdu. Vilhelm yezuitlərin əksreformasiya prinsiplərinin tərəfdarı idi və buna görə də "Mömin" ləqəbi ilə məşhurlaşmışdı.
Kilsə on dörd illik tikintidən sonra nəhayət 1597-ci ildə təqdis olundu. Yezuitlər sıxışdırılıb Avropanın əksər katolik ərazilərində qadağan edildikdə, kilsə Bavariya kral ailəsinin və daha sonra Almaniyanın respublikaya çevrildiyi vaxt Bavariya əyalətinin ixtiyarına keçdi.
İstinadlar
Kateqoriya:Münxenin görməli yerləri Kateqoriya:Almaniya kilsələri