Valeri Fedoroviç Zalujnı (;) — Ukrayna hərbi komandiri, 27 iyul 2021-ci ildən 8 fevral 2024-cü ilə qədər Ukrayna Silahlı Qüvvələrinin baş komandanı, general (2022). O, eyni zamanda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür.
Zalujnı "Şimal" Əməliyyat Komandanlığının komandanı (2019-2021), Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Əməliyyat Qərargahının rəisi - Birləşmiş Qüvvələr Komandanının birinci müavini (2018), Qərargah rəisi - Qərb Əməliyyat Komandanının birinci müavini (2017) olub, 51-ci Qvardiya Mexanikləşdirilmiş Briqadasının komandiri (2009-2012) vəzifəsini yerinə yetirib.
"Time" jurnalı Valeri Zalujnını 2022-ci ildə dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb."Valeriy Zaluzhnyy" , Time, 23 May 2022. Həyatı Valeri Zalujnı 8 iyul 1973-cü ildə Jitomir vilayətinin Novograd-Volınski şəhərində anadan olub.
1989-cu ildə şəhər 9 saylı məktəbi bitirib, Novoqrad-Volınsk Mühəndislik Texnikumunda təhsil alıb. 1993-cü ildə ordan fərqlənmə diplomu ilə məzun olub..
Daha sonra o, Odessa Ali Birləşmiş Komandanlıq Məktəbinin ümumi hərbi fakültəsinə daxil olub. 1997-ci ildə oranı fərqlənmə diplomu ilə bitirib, bundan sonra hərbi xidmətin bütün mərhələlərini keçib: taqım komandiri, təlim taqım komandiri, döyüş taqımı komandiri, təlim rotası komandiri, kursant rota komandiri, batalyon komandiri.
2005-ci ildə Ukrayna Milli Müdafiə Akademiyasına daxil olub. 2007-ci ildə oranı qızıl medalla bitirib. 24-cü mexanikləşdirilmiş briqada komandirinin birinci müavini və qərargah rəisi təyin edilib. O, iki il yarım bu vəzifədə uğurla xidmət edib.
2009-cu ildən 2012-ci ilə kimi 51 saylı mexanikləşdirilmiş briqadanın rəhbəri olub.
2014-cü ildə İvan Çernyaxovski adına Ukrayna Milli Müdafiə Universitetini bitirib. Hazırlığın əməliyyat-strateji səviyyəsinin ən yaxşı məzunu kimi o, Böyük Britaniya Kraliçasının keçici qılıncına layiq görülüb.
2017-ci ildə general-mayor rütbəsinə layiq görülüb. 2017-ci ildə - Baş Qərargah rəisi - Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının "Qərb" Əməliyyat Komandanlığının birinci müavini olub.
2018-2019-cu illərdə Ukrayna Silahlı Qüvvələrinin Birgə Əməliyyat Qərargahının rəisi - Birləşmiş Qüvvələr Komandanının birinci müavini vəzifələrini tutub. 250px|thumb|left|Aleksandr Sırski ilə (solda), Kiyev uğrunda döyüşdə, 2022 2019-cu ildən - "Şimal" əməliyyat komandanlığının qoşunlarının komandiri təyin edilib.
2020-ci ilin dekabr ayında Ostroj Akademiyasında beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.
27 iyul 2021-ci ildə o, Ruslan Xomçakı əvəz edərək Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı təyin edilib.
Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvüdür (28 iyul 2021-ci ildən).
2022-ci il martın 5-də, Rusiyanın Ukraynaya müdaxiləsinin ən qızğın vaxtında general-leytenant Zalujnı prezident Vladimir Zelenski tərəfindən Ukrayna Silahlı Qüvvələrində mümkün olan ən yüksək rütbə olan general rütbəsinə yüksəldilib.
2022-ci ildə Amerikanın Time jurnalının versiyasına görə ilin ən nüfuzlu yüz adamının illik siyahısına daxil edilib. Sentyabrda nəşr üz qabığını və geniş materialı baş komandana həsr edib. Məqalədə deyilir ki - "Şərq cəbhəsində illərlə Rusiyaya qarşı döyüşərək sərtləşən Zalujnı çevik olmağı öyrənmiş və qərarları yerdəki komandirlərə həvalə edən yeni nəsil Ukrayna liderlərinə aiddir. Onun genişmiqyaslı işğal ərəfəsində inadkar hazırlığı və müharibənin ilkin mərhələlərində düzgün döyüş taktikası xalqa rus qoşunlarının hücumunu dəf etməyə kömək etdi".Simon Shuster and Vera Bergengruen.Inside the Ukrainian Counterstrike That Turned the Tide of the War .Time.September 26, 2022
Şəxsi keyfiyyətləri “Azadlıq” radiosunun Ukrayna xidməti Zalujnını əsgərlərin və kiçik zabitlərin problemlərini anlayan ən səmimi generallardan biri adlandırıb. SSRİ-də hərbi xidmət keçməyən Ukrayna yüksək rütbəli zabitlərinin nümayəndəsi və Donbassdakı döyüş əməliyyatlarının iştirakçısı kimi o, kadrların gənclər tərəfindən yenilənməsinə və sovet təcrübəsindən uzaqlaşmasına müsbət yanaşır. Ali baş komandan təyin edildikdən sonra onun ilk addımlarından biri Donbasda təmas xəttində olan əsgərlərə cavab olaraq yüksək rəhbərliyin razılığı olmadan atəş açmağa icazə verməkdə məqsədi bürokratik gecikmələrə səbəb olan lazımsız sənədləri doldurmaq və hərbi personala ehtiyacı minimuma endirmək idi.
Ukrayna və rus dillərindən əlavə ingilis dilini mükəmməl bilir.
Baş komandan kimi prioritetləri ilə bağlı Valeri Zalujnı deyib:
Hərbi rütbələri General-mayor (23 avqust 2017).) General-leytenant (24 avqust 2021). Ordu Generalı (4 mart 2022).
Mükafatları Döyüş ləyaqəti xaçı (6 may 2022-ci il) - Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün qorunmasında müstəsna şəxsi xidmətlərinə, Ukrayna xalqına fədakar xidmətinə və hərbi anda sədaqətinə görə; III dərəcəli Boqdan Xmelnitski ordeni (12 dekabr 2016-cı il) - Ukraynanın dövlət suverenliyi və ərazi bütövlüyünün müdafiəsində göstərdiyi şəxsi cəsarət, fədakarlıq və yüksək peşəkarlığa, hərbi anda sədaqətinə görə; “Hərbi xidmət veteranı” fərqlənmə nişanı; "Ukrayna Silahlı Qüvvələrinin 10 illiyi" medalı; "Ukrayna Silahlı Qüvvələrinin 15 illiyi" medalı; III dərəcəli “Vicdanlı xidmətə görə” medalı; "Ukrayna Silahlı Qüvvələri qarşısında xidmətlərinə görə" döş nişanı; "Hərbi xidmətdə nailiyyətlərə görə" döş nişanı; “ATO İştirakçısı” döş nişanı; Ailəsi Ailəlidir, iki qızı var. Böyük qızı hərbi xidmətdədir. Kiçiyi həkim olmağa hazırlaşır. Şərəfinə hörmət 28 may 2022-ci il tarixində Dnepropetrovsk vilayətinin Pokrov şəhərində Qorki küçəsi Valeri Zalujnı küçəsi adlandırılıb. 9 iyun 2022-ci ildə Staraya Sinyavadakı Georgi Jukov küçəsi Generala Zalujnı küçəsi adlandırılıb. 2022-ci ilin may ayında musiqiçi Oisho BTZ (Oles Mixayloviç) Valeri Zalujnıya həsr olunmuş “Zaluzhnıy stir up hərəkət” mahnısını ifa edib.
İstinadlar
Xarici keçidlər Хто такий новий головнокомандувач ЗСУ Валерій Залужний // Радіо Свобода, 27 July 2021. «Кожен солдат для мене — особистість». Принципи нового головнокомандувача ЗСУ Валерія Залужного // Новинарня, 27 July 2021. В оперативному командуванні «Північ» — новий керівник Персональная страница на Facebook
Kateqoriya:Ukrayna tərəfindən Rusiya–Ukrayna müharibəsi iştirakçıları Kateqoriya:XXI əsrin diplomatları