– Yaponiya elektrik mühəndisi və televiziyanın qabacıllarından biri. "Yaponiya televiziyasının atası" hesab olunur.

Həyatı Kenciro Takayanaqi 1899-cu ildə Yaponiyanın Şizuoka prefekturasında doğulmuşdur. 1921-ci ildə Tokio Ali Texniki Məktəbindən məzun olmuşdur. 1930-cu ildə Hamamatsu Ali Texniki Kollecinin professoru olmuşdur. Daha sonra 1937-ci ildə Yaponiya Yayım Korporasiyasına qoşulmuşdur. 1946-cı ildə JVC şirkətinə qoşulduqdan sonra NHK-nin Texniki Laboratoriyasının direktoru təyin edilmişdir. Daha sonra JVC şirkətinin vitse-prezidenti olmuşdur.

Takayanaqi 1926-cı ildə Yaponiyada ilk televiziya ötürücüsünü hazırlamış, 1933-cü ildə isə Vladimir Zvorikindən cəmi bir neçə ay sonra ikonoskopu ixtira etmişdir. O, Takayanaqi tipli televiziyanı inkişaf etdirmişdir. 1981-ci ildə "Mədəniyyət" ordeni, 1989-cu ildə isə "Müqəddəs xəzinə" ordeni ilə təltif olunmuşdur. Takayanaqi 1990-cı ildə Yokosuka şəhərində ölmüşdür.

Əsərləri "Terebicon" (1950, "Televiziya") "Terebicon koqaku" (1959, "Televiziya mühəndisliyi")

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya elektrik mühəndisləri Kateqoriya:Yaponiyada televiziya Kateqoriya:İxtiraçılar