Vaşinqton Milli Kafedralı, rəsmi adı ilə Müqəddəs Pyotr və Müqəddəs Pavel Kafedral Kilsəsi, Vaşinqtondakı Yepiskop Kilsəsinin tabeliyində olan xristian ziyarətgahıdır.
Neoqotika üslubunda tikilmiş bina dünyanın altıncı, ABŞ-nin isə ikinci ən böyük kafedralıdır. Vaşinqtondakı binalar arasında hündürlüyünə görə dördüncü yerdədir. Binada Yepiskop Kilsəsinin yepiskopunun ofisi yerləşir. 2009-cu ildə binanı 400 min insan ziyarət etmişdir. İstinadlar