Səid Qalib oğlu Quliyev (19 iyul 1993) — Azərbaycanı təmsil edən taekvondoçu.
Həyatı Səid Quliyev 1997-ci il iyulun 17-də anadan olub.
Karyerası Səid Quliyev 2014-cü ildə Nancin şəhərində (Çin) baş tutan Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında mübarizə apardı. Səid Quliyev 1/4 final mərhələsində Kolumbiya nümayəndəsi Xeisson Serrano Hoyos ilə üz-üzə gəldi. Həmin görüşdə Səid Quliyev rəqibinə 8:4 hesabı ilə qalib gəldə və turnirin yarım-final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Misir nümayəndəsi Seyf Yissa oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səid Quliyev rəqibinə 8:1 hesabı ilə qalib gəldi və Nancin Olimpiadasının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Almaniya nümayəndəsi Həmdə Adnan Kərim oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Səid Quliyev rəqibinə 10:4 hesabı ilə qalib gəldi və Yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu. Səid Quliyev həm də Azərbaycanın Yeniyetmələrin Olimpiya Oyunları tarixində bu idman növü üzrə turnirin qalibi olan birinci idmançı oldu.
İstinadlar
Kateqoriya:Azərbaycanın kişi taekvondoçuları Kateqoriya:2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında taekvondoçular Kateqoriya:2014 Yeniyetmələrin Yay Olimpiya Oyunlarında medal qazananlar Kateqoriya:Yeniyetmələrin Olimpiya medalına sahib Azərbaycan idmançıları Kateqoriya:XX əsr Azərbaycan şəxsləri Kateqoriya:XXI əsr Azərbaycan şəxsləri