Mixail Sergeyeviç Qruşevski (; Загадка дати смерті Михайла Грушевського. Історична правда.) — Ukrayna tarixçisi, ictimai və siyasi xadimi, inqilabçısı. Ukrayna milli hərəkatının liderlərindən biri, Ukrayna Mərkəzi Radasının sədri, Lvov Universitetinin professoru (1894–1914), SSRİ Elmlər Akademiyasının akademiki, Çexiya Elm və İncəsənət Akademiyasının üzvü. Ukraynada elmi tarixşünaslığın banisi.
Qruşevski daha çox ukraynaşünaslıq tarixində fundamental əsərə çevrilmiş və qızğın elmi müzakirələrə səbəb olan on cildlik "Ukrayna-Rus tarixi"nin müəllifi kimi tanınır. O, eramızın I minilliyinin ortalarından başlayaraq indiki Ukrayna ərazisində slavyan əhalisinin təcrid olunması haqqında dissertasiya müdafiə etmiş, beləliklə, Qruşevski regionda son nəticədə digər şərq slavyanlarından fərqli olan xüsusi bir etnik qrupun yaranmasına səbəb olan ayrılmaz etnik-mədəni inkişaf konsepsiyasını irəli sürmüşdür. Qruşevskinin konsepsiyasına görə, Kiyev Rus ukrayn dövlətçiliyinin bir forması, yəni "Ukrayna-Rus dövləti" kimi görünürdü. Qruşevski bu tarixşünaslığa əsaslanaraq bir tərəfdən ukrayna və rus xalqları arasında etnogenetik fərqi və onların inkişaf vektorlarının əsaslı fərqini elan edir, digər tərəfdən isə ukraynalıların Kiyev Rus dövlətində hegemon kimi dövlət varisliyini irəli sürmüşdür. Eyni zamanda III İvandan II Yekaterinaya qədər rus torpaqlarının birləşdirilməsi siyasəti Qruşevski tərəfindən sırf mənfi hal kimi qiymətləndirilmişdir.
İrsi right|thumb|265x265px|Qruşevskinin portreti 50 qrivna üzərində, 2019 Qruşevski hazırda Ukraynanın XX əsr üzrə ən böyük alimi və Ukrayna tarixindəki ən görkəmli ukraynalı dövlət xadimlərindən biri kimi qəbul edilir və o, hələ də Ukraynada məşhurdur.Famous Ukrainians of all times , Sociological group "RATING" (2012/05/28)Top 11–100 , Velyki Ukraïntsi Ukrayna Xalq Respublikası dövründə hər ikisi daha mühüm rol oynasalar da, Qruşevski Vladimir Vinniçenko və Simon Petlyuradan daha çox şöhrət qazanmışdı, lakin Vinniçenko ifrat solçu idi, Petlyura isə daha çox zorakılıqla əlaqələndirilirdi.Serhy Yekelchyk, Ukraine: Birth of a Modern Nation , Oxford University Press (2007),
50 qrivna əskinasında Qruşevskinin portreti var. Kiyevdə, Lvovda bəzi muzeylər onun xatirəsinə həsr olunub, hər iki şəhərdə onun abidələri ucaldılıb. Kiyevdə bir küçədə onun adını daşıyan evlər, Ali Rada (parlament) və bir çox hökumət idarələri var. Ukrayna Elmlər Akademiyası bu yaxınlarda onun 50 cildlik Seçilmiş əsərlərinin nəşrinə təşəbbüs göstərmişdir.
İstinadlar
Kateqoriya:Ukrayna tarixçiləri Kateqoriya:Akademiklər Kateqoriya:XIX əsr tarixçiləri Kateqoriya:XX əsr tarixçiləri Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Rusiya imperiyasının tarixçiləri Kateqoriya:Lvov Universitetinin müəllimləri