Günəş Məhərrəm qızı Vəliyeva () — hüquqşünas, Əməkdar dövlət qulluqçusu, Əməkdar hüquqşünas.
Həyatı Günəş Vəliyeva 1953-cü ildə Gəncə şəhərində anadan olmuşdur. İxtisasca hüquqşünasdır.
Karyerası Əmək fəaliyyətinə 1976-cı ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Elmi-tədqiqat Məhkəmə Ekspertizası İnstitutunda kiçik elmi işçi vəzifəsini icra edən kimi başlamışdır, sonra mütəxəssis, kiçik elmi işçi vəzifəsini icra edən vəzifələrində işləmişdir.
1977–1981-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində baş məsləhətçi vəzifəsində işləmişdir.
1981–1993-cü illərdə Azərbaycan Respublikası Nazirlər Soveti (sonradan Kabineti) İşlər İdrəsinin hüquq şöbəsində referent, aparıcı mütəxəssis, hüquqi ekspertiza şöbəsinin böyük referenti vəzifələrində çalışmışdır.
1993–1994-cü ilərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq şöbəsinin rəisi olmuşdur.
1994-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin (2003-cü ilin sentyabrından Aparatının) hüquq şöbəsinin müdiridir.
Təltifləri və mükafatları III dərəcəli "Vətənə Xidmətə görə" ordeni — Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli Sərəncamı. Əməkdar Hüquqşünas — Azərbaycan prezidenti İlham Əliyev Günəş Məhərrəm qızı Vəliyevaya "Əməkdar Hüquqşünas" fəxri adının verilməsi haqqında 15 dekabr 2014-cü il tarixli Sərəncamı.
İstinadlar
Kateqoriya:Azərbaycan hüquqşünasları Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:1953-cü ildə doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar dövlət qulluqçuları