Co Mantenya (; ) — italyan əsilli ABŞ aktyoru, ssenarist, prodüser və rejissor. O, daha çox “Xaç atası 3”, “Körpə gəzintidə”, “Parislə vida” filmlərindəki rolları, “Criminal Minds” serialında David Rossi rolu və “Simpsonlar” serialında Fat Tonini səsləndirməsi ilə tanınır.

Həyatı Co Mantenya Çikaqoda anadan olub. Öz təbirincə desək, o, hələ orta məktəbdə oxuyarkən, West Side Story musiqili filmində rol almaq üçün imtahan verərkən kim olacağını bilmiş, amma o zaman bunu başa düşməmişdir. Onun aktyorluq debütü heç də az məşhur olmayan bir serialda ("Saç") baş verdi.

Mantenya 1975-ci ildə kino və televiziyada fəaliyyətə başlamış, 150-dən çox film və televiziya serialında çəkilmişdir. 1975-ci ildən Arlin Vrhel ilə evlidir. Cütlüyün 2 qızı Mia və Cina (Cia) var. Mia 1987-ci ildə anadan olub. 13 yaşında filmlərdə və televiziyalarda rol almağa başlayan Cina öz adını qısaldaraq Cia qoyub.

Kateqoriya:ABŞ aktyorları

Kateqoriya:ABŞ rejissorları Kateqoriya:ABŞ ssenaristləri Kateqoriya:Toni mükafatı laureatları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:ABŞ kinoprodüserləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:ABŞ televiziya aktyorları