Ocaq (; ) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır.Ocak. Cem Vakfı.

Strukturlaşdırma Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir.Dede Ahmet Kuzukıran İle Söyleşi. Gazi Üniversitesi, Doç. Dr. İbrahim Arslanoğlu. Erişim Tarihi: 2014-12-15

Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır. Buna ən məşhur nümunə Şücaəddin Vəli ocağıdır.Mehmet Ersal (2012). Şücaeddin Veli Ocağı: Balkan Aleviliğindeki Yeri, Rolü Ve Önemi. Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. Erişim Tarihi: 2014-12-15Çubuk Yöresi Alevi Ocakları Ve Kurucuları. Doç. Dr. İbrahim Arslanoğlu. Erişim Tarihi: 2014-12-15

Ənənəvi ələvi cəmiyyətində ocaqlar ümumiyyətlə ata nəsli ilə nəsildən-nəslə ötürülür. Hər bir ocaq nəslini hörmətli bir əcdaddan izləmək olar. Bununla belə, bu qayda üçün vacib bir istisna var - xüsusilə də ananın ələvi olduğu və atanın olmadığı (məsələn, sünni müsəlman, qeyri-dini və ya ələvi ənənəsindən kənar) qarışıq nikahlarda vacibdir. Belə hallarda ələvi icmaları ümumiyyətlə ananın ocaqını uşağın əsl mənəvi nəsli hesab edirlər.

İstinadlar

Kateqoriya:Ələvilik