– Yaponiya virusoloqu. O, çiçək xəstəliyinə qarşı ilk vaksin olan Oka vaksinini ixtira etməsinə görə tanınır.

Həyatı Miçiaki Takahaşi 17 fevral 1928-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1954-cü ildə Osaka Universitetində tibb üzrə dərəcə əldə etmiş və 1959-cu ildə universitetin Mikrobial Xəstəliklər üzrə Tədqiqat İnstitutuna daxil olmuşdur. Qızılca virusunu və poliovirusu tədqiq etdikdən sonra 1963-cü ildə ABŞ-nin Beylor kollecində tədqiqat işləri aparmağa dəvət olunmuşdur. 1964-cü ildə 3 yaşlı oğlu çiçək xəstəliyinə yoluxduğu üçün o, bu xəstəliyə qarşı vasitə axtarmağa başlamışdır.

Takahaşi 1965-ci ildə Yaponiyaya qayıtmış və zəiflədilmiş çiçək xəstəliyi virusunu heyvan və insan toxumalarında sınaqdan keçirməyə başlamışdır. Beş ildən sonra o, klinik sınaqlara keçmişdir. 1974-cü ildə isə çiçək xəstəliyinə səbəb olan virusa qarşı ilk vaksini hazırlamışdır. O, vaksini hazırlayarkən çiçək xəstəliyinə yoluxmuş bir uşağın vezikula mayesindəki virusdan yararlandığı üçün vaksinə həmin uşağın şərəfinə Oka adı verilmişdir. Tezliklə Oka vaksini immunosupressiv pasiyentlərin üzərində sınaqdan keçirilmiş və effektiv olduğu təsdiqlənmişdir. 1986-cı ildə Osaka Universitetinin Mikrobial Xəstəliklər üzrə Tədqiqat Fondu Yaponiyada yeganə çiçək xəstəliyi vaksinini yaymağa başlamışdır.

Takahaşi 1994-cü ildə Osaka Universitetinin Mikrobial Xəstəliklər üzrə Təhsil Qrupunu direktoru təyin olunmuş və ölənə qədər bu vəzifəni tutmuşdur. O, 16 dekabr 2013-cü ildə Osaka prefekturasında ürək çatışmazlığından ölmüşdür.

Xatirəsi Google 17 fevral 2022-ci ildə Takahaşinin 94 illiyi münasibətilə dudl yayımlamışdır.

Mükafatları Saburo Kocima Memorial Mədəniyyət Mükafatı (1975) Asahi mükafatı (1985) VZV Tədqiqat Fondunun Elmi Nəaliyyət Mükafatı (1997)

İstinadlar

Kateqoriya:Osakada doğulanlar Kateqoriya:Ürək çatışmazlığından ölənlər Kateqoriya:Yaponiya virusoloqları