Maks Abraham (; ) — yəhudi əsilli Almaniya nəzəri fiziki.
1897-ci ildə Berlin Universitetini bitirmiş və burada Maks Plankın köməkçisi kimi çalışmışdır. Riyazi fizika, elektrodinamika, elektron nəzəriyyə, cazibə nəzəriyyəsi sahəsində əsas əsərlər yazmışdır. 1902–1903-cü illərdə elektronun quruluşu haqqında ilk fərziyyəni irəli sürmüşdür. Elektron impuls anlayışını təqdim etmiş, elektronun elektromaqnit kütləsinin sürətdən asılılığının düsturunu vermişdir. O, 1912-ci ildə Nyutonun nəzəriyyəsini ümumiləşdirən, lakin Eynşteynin cazibə və ətalət qüvvələrinin ekvivalentliyi prinsipini nəzərə almayan cazibə qüvvəsi nəzəriyyəsini irəli sürmüşdür.Энциклопедический словарь. 2009. АБРАГАМ Макс.
Əlavə ədəbiyyat Храмов Ю. А. Абрагам, Макс // Физики : Биографический справочник / Под ред. А. И. Ахиезера. — Изд. 2-е, испр. и доп. — М. : Наука, 1983. — С. 6. — 400 с. — 200 000 экз.
İstinadlar
Kateqoriya:Almaniya fizikləri Kateqoriya:Yəhudi fiziklər Kateqoriya:Almaniya yəhudiləri