– Yaponiyanın Tokio şəhərində, Yaponiya bankının qabağında yerləşən muzey. Muzey Yaponiya tarixində istifadə olunmuş sikkə və əsginaslara həsr olunmuşdur.

Tarixi Yaponiya Bankının Valyuta Muzeyi 1985-ci ildə Yaponiya bankının 100 illiyi münasibətilə açılmışdır. Muzeyin məqsədi Yaponiya pullarını toplamaq, mühafizə etmək və nümayiş etdirməkdir.

Xüsusiyyətlər Muzey sərgisinin əsasının Senpeykan kolleksiyası təşkil edir. Bu kolleksiya XIX–XX əsrlərdə yaşamış numizmatik Tanaka Keybuna məxsusdur. O, Yaponiya və Çində istifadə olunmuş tarixi valyutaları toplamışdır. Kolleksiya Senpeykan muzeyində saxlanılmış olsa da, 1944-cü ildə Yaponiya bankına bağışlanılmışdır.

Muzeydə Yaponiyanın ilk sikkələri olan fuhonsen sikkələrinin replikaları, Min sülaləsi dövrünə aid Çin sikkələri, vadokayçin sikkələri, qızıl külçələr, oban adlı qızıl sikkələr, Yaponiya bankı tərəfindən tədavülə buraxılmış ilk əsginas sərgilənir. Miyazaki prefekturasında kəşf edilmiş və kim tərəfindən basdırıldığı naməlum olan 7700 Çin sikkəsi muzeyin 60 santimetr hündürlüyündəki gil qabında saxlanılır. Muzeydə Yaponiya bankı tərəfindən tədavülə buraxılmış bütün əsginaslar, eləcə də, sikkə kəsmə metodları nümayiş etdirilir.

Muzeydə böyük məbləğdə olan pul çəkiləri hiss etmək üçün şərait də yaradılıb. Məsələn, ziyarətçilər 10 kiloqram ağırlığında olan 100 milyon yenin çəkisini hiss edə bilərlər.

Qalereya

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1985-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Yaponiya pulları Kateqoriya:Tokio muzeyləri Kateqoriya:Numizmatika muzeyləri Kateqoriya:Çuo Kateqoriya:Yaponiya bankı Kateqoriya:Yaponiyanın şirkət muzeyləri Kateqoriya:1985-ci ildə yaradılmış muzeylər