"Müqəddəs Georgi" ordeni — 1769-cu ildə Rusiya imperatoru II Yekaterina tərəfindən təsis olunmuşdur. Rus imperiyasının süqutuna qədər dövlətin ən ali hərbi ordeni sayılırdı.
Təsnifatı Ordenin dörd dərəcəsi vardı: birinci dərəcəli orden ən yüksək hesab olunurdu.
Ordenin devizi belə idi: "Əla xidmət və cəsurluğa görə".
"Müqəddəs Georgi" ordeninə yalnız "fövqəladə, xüsusi rəşadət, mərdlik, əla əskəri qəhrəmanlıq göstərən" hərbi qulluqçular layiq görülürdülər.
İstinadlar
Kateqoriya:1769-cu ildə yarananlar
Kateqoriya:II Yekaterina