Serco Briqenti (italyanca: [ˈsɛrdʒo briˈɡɛnti] ; ) — Keçmiş italyan futbolçu və məşqçi. Peşəkar oyunçu kimi Briqenti məşqçilik karyerasına başlamazdan əvvəl həm klubda, həm də beynəlxalq səviyyədə hücumçu kimi çıxış edib.
Həyatı Serco Briqenti 23 sentyabr 1932-ci ildə Modenada anadan olub. Onun böyük qardaşı Renato Briqentidə futbolçu idi.
Briqenti 10 oktyabr 2022-ci ildə 90 yaşında vəfat edib.È morto Sergio Brighenti, ex Inter e Samp. Fu il primo azzurro a segnare a Wembley
Oyun karyerası 1949-cu ildə peşəkar debüt edən Briqenti "Modena", "İnter", "Triestina", "Padova", "Sampdoriya" və "Torino" klublarında oynayıb.
1953 və 1954-cü illərdə "İnter"lə ardıcıl iki A Seriyası çempionluğunu qazanıb.
Briqenti karyerası ərzində keçirdiyi 363 oyunda cəmi 155 qol vurub.
O, həm də karyerası boyunca bir dəfə, 1960–61 mövsümündə 27 qol vuraraq, A Seriyasının bombardiri olub.
Briqenti həmçinin 1959–1961-ci illər arasında İtaliya millisində 9 oyun keçirib, iki qol vurub.
Məşqçilik karyerası Briqenti 1965-ci ildə futbolçu karyerasını başa vurur və ilk futbol məşqçiliyinə 1968-ci ildə "Varese" klubu ilə başlayır. Briqenti iki dəfə "Varese"də məşqçi olub, həmçinin "Seregno" və "Lecco" klublarındada məşqçilik edib.
Uğurları İnter Milan
Çempionluq A Seriyası: 1952–53, 1953–54
Şəxsi A Seriyasının bombardiri: 1960–61
İstinadlar
Xarici keçidlər
RSSSF Profile at Enciclopedia del Calcio (in Italian) FIGC Profile (in Italian)
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya milli futbol komandasının oyunçuları Kateqoriya:İtaliya futbol məşqçiləri Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Padova FK futbolçuları Kateqoriya:İnter Milan FK futbolçuları Kateqoriya:Modena FK futbolçuları Kateqoriya:Triestina FK futbolçuları Kateqoriya:Torino FK futbolçuları Kateqoriya:Sampdoriya FK futbolçuları Kateqoriya:Lekko FK məşqçiləri Kateqoriya:Futbol hücumçuları Kateqoriya:İtaliya şəxsləri