Tvente — Niderlandın futbol klubu. Enshede şəhərini təmsil edir. "Tvente" ev oyunlarının 24 min tamaşaçı tutumuna malik "Qrols Veste" stadionunda keçirir. Komandanın baş məşqçisi İngiltərə millisinin keçmiş məşqçisi Stiv Maklaren, prezidenti isə Yop Münstermandır.

Tarixi "Tvente"nin əsası 1 iyul 1965-ci ildə qoyulub. Məhz həmin gündə iki komanda - "SK Enshede" və "Enshedes Boys"un birləşməsindən sonra "Tvente" klubu fəaliyyət göstərməyə başlayıb. "Tvente" Niderland çempionu ola bilməsə də, onun sələfi "SK Enshede" 1926-cı ildə qızıl medallara yiyələnib.

"Tvente" adıyla çıxış etməyə başladıqdan sonra komanda dərhal uğur qazanmağa başladı. Kes Reyversin dövründə ardıcıl surətdə beş il ərzində "Tvente" ölkə çempinatında 3 dəfə bürünc medallara yiyələndi, bir dəfə dördüncü, bir dəfə isə beşinci oldu. Həmin dövrdə "Tvente"nin heyətində Epi Drots, Eddi Ahterberq, Kik van der Drost və Teo Pahlplats kimi o dövrdə kifayət qədər məşhur olan futbolçular çıxış edirdi.

1973/1974 mövsümündə "Tvente" "Feyenord"la birgə sonadək qızıl medallar uğrunda mübarizə aparsa da, sonda çempionluq rotterdamlılara qismət oldu. Nəticədə ikinci yeri tutaraq, UEFA Kubokuna vəsiqə qazanan "Tvente" burada finaladək irəliləməyi bacardı. Lakin həlledici mərhələdə "Borusiya" (Münhenqladbax) Enshede klubunu iki oyunun nəticəsinə görə 5:1 hesabıyla darmadağın etdi.

1977-ci ildə "Tvente" tarixi ərzində ilk titulunu - ölkə kubokunu qazandı. Lakin bundan sonra "uğursuzluq zolağı"na düşən "Tvente" hətta 1982-ci ildə yüksək liqayla da vidalaşdı. Çox keçmədən yenidən güclülərin sırasına qayıdan "Tvente" daha çox müdafiəyəmeylli oyunuyla diqqət çəkdi. Mövsüm ərzində komandanın oyunlarının əksəri ya 1:1, ya da 0:0 hesabıyla başa çatdı. Buna görə də "Tvente"ni "cansıxıcı komanda" adlandırmağa başladılar. Lakin bu oyun üslubu komandaya uğur gətirdi və Enshed təmsilçisi ardıcıl beş mövsüm avrokuboklarda çıxış etdi.

1996-cı ildə baş məşqçi postuna alman Hans Mayerv gətirildi. Onun rəhbərliyi altında komanda ölkə çempionatının bürünc medallarını qazandı.

2001-ci ilin 24 mayında isə "Tvente" ölkə kubokuna yiyələnməklə 24 illik kubok həsrətinə son qoydu.

2002-ci ildə "Tvente" dağıla bilərdi. Çünki komandanın əsas rəhbəri olan şirkət müflis olduğunu bəyan etdi. Lakin sonradan vəziyyət düzəldi və 3 mövsüm sonra gözəl çıxışıyla yadda qalan "Twente" dördüncü yeri tutdu. 2008/2009 mövsümündə isə yekuna əsasən "Tvente" UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində yarışmaq hüququ qazandı. Lakin burada "Arsenal" qalib gəldi - 2:0 və 4:0. Ümumilikdə komanda avrokuboklarda keçirdiyi 84 oyunun 33-də qalib gəlib, 17 dəfə heç-heçə oynayıb, 34 görüşdə isə uduzub. 125 qol vurub, öz qapısında isə 112-i buraxıb. 2014-cü ildə Azərbaycan təmsilçisi "Qarabağ" məhz "Tvente"ni mübarizədən kənarlaşdiraraq (evdə 0:0, səfərdə 1:1) UEFA Avropa Liqası nın qrup mərhələsinə yüksəlmişdi.

Uğurları 2 dəfə Niderland Kubokunun qalibi - 1977, 2001 UEFA İntertoto Kubokunun qalibi - 2006

Heyəti 1. Vander Bosker (1970, qapıçı) 3. Nikki Keyper (1982, müdafiəçi) 4. Peter Visqerhoff (1979, müdafiəçi) 5. Slobadan Raykoviç (1989, müdafiəçi, Serbiya) 6. Vaut Brama (1986, yarımmüdafiəçi) 8. Ron Stamp (1984, müdafiəçi) 9. Blez Nkufo (1975, hücumçu, kapitan, İsveçrə) 10. Kennet Peres (1974. hücumçu, vitse-kapitan, Danimarka) 11. Nikita Rukavitsa (1987, hücumçu. Avstraliya) 12. Erun Hebax (1974, müdafiəçi) 13. Nikolay Mixaylov (1988, qapıçı, Bolqarıstan) 14. Bernard Parker (1986, yarımmüdafiəçi, CAR) 15. Miroslav Stoç (1989, hücumçu, Serbiya) 16. Ses Paue (1977, qapıçı) 17. Yussuf Hersi (1982, hücumçu) 18. Heyk Tiote (1986, hücumçu, İrlandiya) 19. Duqlas (1988, müdafiəçi. Braziliya 20. Lyuyuk de Yonq (1990, hücumçu) 22. Brayan Ruis (1984, hücumçu, Kosta-Rika) 23. Naşat Akram (1984, yarımmüdafiəçi, Misir) 24. Teo Yansen (1981, hücumçu) 25. Andrey Rendla (1990, hücumçu, Slovakiya) 26. Born Vidarson (1988, yarımmüdafiəçi, İsveç) 27. Dario Vuiçeviç (1990. yarımmüdafiəçi, Xorvatiya) 29. Rensforq Osei (1990, hücumçu. Seneqal)

Mənbə "Qarabağ"ın rəqibi "Tvente"ni yaxından tanıyaq

Xarici keçidlər Rəsmi saytlar FCTwente.com FC Tvente Rəsmi Saytı FC Twente TV Tvente TV Rəsmi saytı Fan-klub saytları FC Twente Online Vak-P FCT Hengelo FCT Riessen Twentefans FC Twente NU

Xəbər saytları Football-Lineups.com / FC Twente VI / FC Twente

Kateqoriya:Niderland futbol klubları Kateqoriya:1 iyulda yarananlar Kateqoriya:1965-ci ildə yarananlar Kateqoriya:Enshede