Lionlu Blandina və ya Müqəddəs Blandina (, ; ) — erkən xristian əzabkeşi.

Həyatı 177-ci ildə yepiskop Pofin və başqaları ilə birlikdə Mark Avrelinin rəhbərliyi altında Lionda xristianların təqibləri zamanı əzabkeş olmuşdur. O, Liondakı bir xristian qadının gənc qulluqçusu idi və bədəninin zəifliyinə baxmayaraq, hər cür işgəncələrə möhkəm dözmüş, həmçinin başqalarının ruhunu dəstəkləmişdir. Amfiteatrda heyvanlar ona toxunmamış, buna görə də Roma səlahiyyətliləri onu yenidən həbs edərək orada qamçılamış və qaynar oturacağa yerləşdirmişdilər. Bundan sonra o, öküz ilə qarşı-qarşıya qoyulmuş və ardınca asılmışdır. Xristianların onu basdırmasının qarşısını almaq üçün bədəni yandırılmışdır.

İstinadlar

Xarici keçidlər

Yevsevi. "Kilsə tarixi". V kitab. Святая Бландина Православная икона святой Бландины Джон Фокс — Книга мучеников Открытая православная энциклопедия Древо — Бландина Лионская

Kateqoriya:II əsr xristian şəhidləri