Vladimir İvanoviç Şuvalov (; ) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. SSRİ idman ustası, RSFSR əməkdar məşqçisi (1964), Azərbaycan SSR əməkdar məşqçisi (1967).
Həyatı Futbol oynamağa 1935-ci ildə Moskvanın gənclərdən ibarət "Snayper" komandasında başlayıb. Böyük Vətən Müharibəsində iştirak etmiş, II dərəcəli Vətən Müharibəsi ordeni ilə təltif edilmişdir. Müharibə bitdikdən sonra Moskva "Dinamo"sunun əvəzedicilərdən ibarət komandasında oynayıb. 1947-1950-ci illərdə "Dinamo Minsk"in heyətində Yüksək liqada çıxış edib. 1951-ci ildə Qorki "Torpedo"sunun, 1952-ci ilə Aşqabad "Spartak"ının, 1955-ci ildə isə Stalinabad "Dinamo"sunun üzvü olub. Futbolçu karyerasını başa vurduqdan sonra məşqçiliyə başlayıb.
1963-1964-cü illərdə "Dinamo Kirov"u çalışdırıb. Onun rəhbərliyi altında "Dinamo Kirovabad" 1965-ci ildə İkinci liqanın qalibi olaraq Birinci liqaya, 1967-ci ildə isə Birinci liqanın qalibi olaraq Yüksək liqaya vəsiqə qazanıb. Sonralar bir çox komandalarında baş məşqçi işləyib.
Vladimir Şuvalov 7 yanvar 1992-ci ildə Dnepropetrovskda vəfat edib. Sursko-Litovsk qəbiristanlığında dəfn edilib.
Nailiyyətləri Məşqçi kimi Dinamo Kirovabad SSRİ İkinci liqasının qalibi: 1965 SSRİ Birinci liqasının qalibi: 1967
Kuzbass SSRİ İkinci liqasının qalibi: 1972
İstinadlar
Kateqoriya:Azərbaycan SSR əməkdar məşqçiləri Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:SSRİ futbol məşqçiləri Kateqoriya:Kəpəz PFK məşqçiləri Kateqoriya:Dinamo Minsk FK futbolçuları