Viktoriya Abril (, əsl adı Viktoriya Merida Roxas; ; ) — İspaniya teatr və kino aktrisası. Viktoriya səkkiz yaşından bəri baletlə məşğul olur. 1975–1976-cı illərdə gənc balerina filmlərdə epizodik rollara dəvət olunmağa başlam;şdır. Nəhayət, baletdən ayrılıb aktyorluq peşəsini seçmək qərarı, qızda görkəmli ifaçılıq istedadını təxmin edən İspaniya rejissoru Visente Arandanın "Cinsi dəyişdir" (1977) filmində iştirakı ilə əlaqələndirilir. Abril Arandanın lentlərində oynadığı rollara görə tanınmışdır.Энциклопедический словарь. 2009. АБРИЛЬ Виктория.

İstinadlar

Kateqoriya:İspaniya aktrisaları Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:XXI əsr aktrisaları Kateqoriya:"Xristofor Kolumb" ordeni ilə təltif edilənlər Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:"İncəsənət və ədəbiyyat" ordeni zabitləri