Babaser — Azərbaycan Respublikasının Masallı rayonunun Boradigah qəsəbə inzibati ərazi dairəsində kənd. Babaser Su Anbarının şərq hissəsində yerləşir.
Əhalisi 14 may – 17 dekabr 1886-cı ildə ailələr üzrə aparılmış kameral siyahıyaalmaya əsasən Bakı quberniyası, Lənkəran qəzası, Ərkivan şöbəsi, Boradigah kənd cəmiyyətinə daxil olan Babaser kəndində toplam 57 evdə şiə təriqətli müsəlman talışlardan ibarət 186 nəfər əhali yaşayırdı.Свод статистических данных о населении Закавказского края, извлеченных из посемейных списков 1886 г. (Без пагинации ). Изд. по распоряжению главноначальствующего гражд. частью на Кавказе Завкавк. стат. ком. - 1893
2013-cü il məlumatına əsasən kənd əhalisi 1401 nəfər olmuşdur.
İstinadlar
Kateqoriya:Masallı rayonunun kəndləri