𐕓 (səslənməsi , transkripsiyası Ṭ', ṭ') — Alban əlifbasının 36-cı hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı (Tay) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərf Tüyr hərfinin damaqlaşmış formasıdır.J. Gippert, W. Schulze, Z. Aleksidze, J.-P. Mahé — The Caucasian Albanian Palimpsests of Mount Sinai, Brepols Publishers, , 2008; 1-ci cild, səh. II-4–8 Lakin sözlərdə istifadəsi minimaldır və müasir Udi dilində qarşılığı məlum deyil.
İstinadlar
Kateqoriya:Alban əlifbası