Dinle () — 1997 Avroviziya Mahnı Müsabiqəsində Türkiyə təmsilçiləri Şəbnəm Paker və Grup Etnic tərəfindən türk dilində səsləndirilən mahnı. Mahnının sözləri Mehtap Alnıtemizin, musiqisi isə Levent Çokerindir.
"Dinle" 3 may 1997-ci ildə baş tutmuş Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində 121 xal toplamış və 25 mahnı arasında 3-cü yeri tutmuşdur. Bu 3-cülük, 2003-cü ilə qədər Türkiyənin müsabiqədəki ən yaxşı nəticəsi hesab olunur.
Mahnı Şəbnəm Pakerin 1997-ci ilin avqust ayında buraxılan və müğənninin ilk və yeganə albomu olan "Dinle"yə daxil edilib.
İstinadlar
Xarici keçidlər 20px|link=YouTube Şebnem Paker & Group Etnic — Dinle
Kateqoriya:Türk dilində mahnılar Kateqoriya:1997-ci ilin mahnıları Kateqoriya:Türkiyə Avroviziya Mahnı Müsabiqəsində Kateqoriya:1997 Avroviziya Mahnı Müsabiqəsi