Mehmet Tefik Bıyıklıoğlu (; ) — Türkiyə siyasətçisi, diplomatı, Türk Tarix Qurumunun ilk prezidenti və qurucu üzvü.

Həyatı Tefik Bıyıklıoğlu 1905-ci ildə Hərbi Məktəbə daxil olub. 1908-ci ildə artilleriya zabiti rütbəsi ilə məktəbi yüksək nəticələrlə bitirdi. 1911-ci ildə İtaliya-Osmanlı müharibəsində iştirak edib. 1914-cü ildə Hərbi Akademiyanı yüksək nəticələrlə başa vurub. Bıyıklıoğlu 1915-ci ildə peşəkar zabit oldu. Birinci Dünya müharibəsində müxtəlif vəzifələrdə xidmət edib. 1920-ci ilin iyulunda Anadoluya gedib Türkiyə İstiqlaliyyət müharibəsi qatıldı. Qərb Cəbhəsinin Əməliyyatlar Şöbəsinin Müdiri vəzifəsinə təyin edildi. O, bu vəzifəni müharibənin sonuna qədər davam etdirdi. O, 1923-cü ildə qazandığı nailiyyətlərə görə kaymakam rütbəsinə yüksəlib. Dövlət xidmətində naliyyətlərinə görə “Qırmızı zolaqlı İstiqlal” medalı ilə təltif edilib. Lozanna Sülh Konfransında iştirak edən nümayəndə heyətində hərbi məsləhətçi vəzifəsində çalışıb.

1924-cü il martın 18-də Baş Qərargahda Baş katib vəzifəsinə təyin edildi. 1924-cü il mayın 1-də o, Baş Qərargahın Baş Katibliyi rəhbəri vəzifəsində qalmaq şərti ilə Prezident Katibliyinin rəhbəri vəzifəsinə təyin edildi. 1926-cı ildə Miralay rütbəsi aldıqdan sonra hərbi xidmətdən təqaüdə çıxdı. 1927-ci il noyabrın 9-dək Prezident Katibliyinin rəhbəri vəzifəsini davam etdirdi. Bu vəzifəsindən sonra Moskva şəhərinə TÜrkiyə Respublikasının səfiri vəzifəsinə təyin olundu. 4 noyabr 1928-ci ildə ikinci dəfə Prezidentliyin Baş katibi vəzifəsinə təyin edildi. 1932-ci il martın 4-də bu vəzifədə fəaliyyəti başa çatdı.

Türk Tarix Qurumunun ilk prezidenti oldu.

1961-ci il noyabrın 24-də vəfat edib.

Əsərləri Hindistan tarixi (), 1931. Trakiyada Milli mübarizə (), 2 cild, 1956. Atatürk Anadoluda (), 1959, Türk İstiqlaliyyət Müharibəsi (), 2 cild, 1962.

İstinadlar

Xarici keçidlər Mehmet Tevfik Bıyıklıoğlu (Türkiye Cumhurbaşkanlığı) Mehmet Tevfik Bıyıklıoğlu (Türk Tarih Kurumu)