Lukas Ribeyru () — Braziliyalı futbolçu. Hücumameyilli yarımmüdafiəçi kimi çıxış edir. Belçikanın "Beveren" klubunun oyunçusudur.
Karyerası Futbolçu karyerasına "Pinheiros" klubunun aşağı yaş qruplarında başlayıb. 2017-ci ildə Fransaya köçərək, "Valenciennes" klubunun gənclər komandasına qoşulur.
Futbolçu 2019-cu ildə Belçikanın "Virton" klubu ilə müqavilə imzalayır. Futbolçu peşəkar debütünü 27 oktyabr 2019-cu ildə Virtonla Belçika Birinci Divizionunda "Ruzelare" komandasına qarşı oyunda edir.
30 iyun 2020-ci ildə Ribeyru "Şarlerua" klubu ilə müqavilə imzalayır.
1 fevral 2021-ci ildə Ribeyru mövsümün sonuna qədər icarə müqaviləsi əsasında Belçikanın Birinci Divizion klubu olan "RWDM" klubuna keçir.
11 avqust 2021-ci ildə o, satın alma opsiyonu ilə bir mövsümlük icarə əsasında "Muskron" klubuna qoşulur.
Ancaq 19 yanvar 2022-ci ildə "Muskron" klubundan geri göndərilir və mövsümün sonuna qədər "Waasland-Beveren" klubuna icarəyə verilir. Aprelin 6-da "Beveren" klubu icarə müqaviləsində olan satınalma bəndini istifadə edərək futbolçunu alır və o, klubla iki illik müqavilə imzalayır.
İstinadlar
Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Belçikada legioner futbolçular Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Fransada legioner futbolçular Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:İspaniyada legioner Braziliya idmançıları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular