Musa Mərcanlı (21 mart 1964, Böyük Mərcanlı, Cəbrayıl rayonu) — tarixçi, jurnalist, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1995), Jurnalistlər Birliyinin üzvü (1987), Mətbuat Şurasının ilk təsisçilərindəndir (2003).
Həyatı 1964-cü il martın 21-də Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Müxtəlif illərdə "Xudafərin", "Azərbaycan gəncləri", "Mübarizə" qəzetlərində çalışmış, "Assa- İradə" İnformasiya agentliyində parlament müxbiri kimi fəaliyyət gostərmişdir. 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin orqanı olan "Azərbaycan" jurnalının əməkdaşı olmaqla yanaşı, 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində baş məsləhətçi vəzifəsində çalışmışdır.
Yaradıcılığı Müxtəlif qəzet və jurnallarda dərc olunan onlarla elmi-publisistik yazıların, 9 kitabın və bir filmin ssenari müəllifidir. 2011-ci ildə Moskvada nəşr olunan "Ermənilik. Rusiya. Qafqaz" kitabı 5 dilə tərcümə edilərək, dünya ictimaiyyətinə erməniliyin əsl üzünü açıb göstərmişdir. "Geosiyasi mövqedən Qarabağ problemi: analitik nəzər nöqtəsi" adlı kitabı 2009-cu ildə Sankt-Peterburq şəhərində çap olunmuşdur. Mark Mişin təxəllüsü ilə qələmə aldığı "Qafqazın tarix və əkstarixlərindən biri" adlı əsəri 2012-ci ildə Moskvada işıq üzü görmüşdür. Ermənilərin Cənubi Qafqaza köçürülməsi və onun etnik-siyasi nəticələri mövzusunda elmi işini uğurla başa çatdırmış, tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. M. Mərcanlı 2008–2009-cu illərdə yaradıcı gənclər sırasında Prezident təqaüdçüsü olmuşdur. 2010-cu ildən Azərbaycanın əməkdar jurnalisti adına layiq görülmüşdürAzərbaycan Respublikasının mətbuat işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı https://president.az/az/articles/view/494 Bakı şəhəri 21 iyul 2010-cu il. Dünya Azərbaycanlılarının III Qurultayında (5–6 iyul 2011-ci il) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədri olduğu Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü seçilmişdirDünya Azərbaycanlılarının III Qurultayı /https://files.preslib.az/projects/diaspora/c3.pdf / Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası. Müxtəlif yerli və beynəlxalq yaradıcı, elmi qurumların üzvüdür.
Publisistik fəaliyyəti 2000-ci ildən Moskvada dərc olunan "İRS-Nasledie"İRS Наследие https://irs-az.com/ru , sonrakı illərdə Dubayda nəşr olunan "İRS-Heritage"IRS Heritage https://irs-az.com/en , İtaliyada nəşr olunan "Patrimonio"IRS Patrimonio https://irs-az.com/it , Argentinada dərc olunan "Herencia"IRS Herencia https://irs-az.com/es , Fransada çıxan "Héritage"IRS Heritage https://irs-az.com/fr , Almaniyada nəşr olunan "Erbe"IRS Erbe https://irs-az.com/de , Türkiyədə nəşr olunan "Miras"IRS Miras https://irs-az.com/tr , Ərəb ölkələrində nəşr olunan "Turas"IRS تراث https://irs-az.com/ar , Yaponiyada nəşr olunan "İsan"IRS 遺産 https://irs-az.com/ja , Braziliyada nəşr olunan "Herança"IRS Herança https://irs-az.com/pt-pt , Çində nəşr olunan "Yíchǎn"IRS 遗产 https://irs-az.com/zh-hans , İndoneziyada çıxan "Warisan"IRS Warisan https://irs-az.com/id , Vyetnamda nəşr olunan "Di San"IRS Di sản https://irs-az.com/vi , Çexiyada çıxan "Dědictví"IRS Dědictví https://irs-az.com/cs , Qazaxıstanda dərc olunan "Mura"IRS Mұра https://irs-az.com/kk , İsraildə nəşr olunan "Yeouşa"IRS יְרוּשָׁה https://irs-az.com/he , Amhar dilində nəşr olunan "K`irisi"IRS ቅርስ https://irs-az.com/am , Yunan dilində nəşr olunan "Klironomia"IRS Κληρονομία https://irs-az.com/el jurnallarının baş redaktorudur. Eyni zamanda 2008-ci ildən nəşr edilən AZAL-ın "Azerbaijan Airlines"Azerbaijan Airlines Magazine http://inflight-magazine.az/az/home təyyarə jurnalının da baş redaktoru kimi fəaliyyətini davam etdirir.
Bunlardan əlavə, Azərbaycanın dünyada tanıdılması üçün xarici ölkələrdə İRS seriyası altında bir sıra kitabların nəşrinə başlamışdır. 2013-cü ildən etibarən bu seriyadan İçərişəhərə, Qobustana, Təbriz miniatür məktəbinə, Naxçıvana, Şəkiyə, Bakıya, Qarabağa və Şuşaya həsr olunmuş iyirmiyə yaxın kitab İngilis və Rus dillərində böyük tirajla yayımlanmışdır. Musa Mərcanlının müəllifliyi və redaktorluğu altında 5 bələdçi-informatik turist katoloqu da nəşr olunmuşdur.
İstinadlar